• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda bir sıra yollarda hərəkət məhdudlaşdırılır – SİYAHI

Bakıda bir sıra yollarda hərəkət məhdudlaşdırılır – SİYAHI
04.05.2019 12:11
Mayın 5-də "Küləyə qalib gəl” şüarı altında Heydər Əliyev Fondunun təşkilatçılığı Dövlət Bayrağı Meydanından Bakı Olimpiya Stadionuna qədər 21 kilometrlik məsafəni əhatə edən "Bakı Marafonu-2019” keçiriləcək. Bununla bağlı bəzi nəqliyyatın hərəkəti məhdudlaşacaq.

Bunu Bakı şəhər BPİ DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib. 

"Marafon iştirakçılarının təhlükəsiz və fasiləsiz hərəkətinin təşkili məqsədi ilə mayın 5-də saat 10:00-dan 15:00-dək Dövlət Bayraq Meydanından başlayaraq, Dənizkənarı bulvar boyu,  Milli park ərazisi ilə Azadlıq meydanı – Dəniz vağzalının yanı – Neftçilər prospekti – Ağ şəhər bulvar yolu ilə dairədən geriyə yürüş keçirməklə, Yusif Səfərov küçəsi – 10-cu zavod dairəsi – tunel – Ə.Qədirbəyov küçəsi – Heydər Əliyev Mərkəzi və əlavə yolla hərəkətin əks istiqamətində olaraq, Koroğlu metrosu istiqamətində – Asan Xidmət inzibati binası yanından sola – Böyük şor karxanası küçəsi – Xəlilrza Ulutürk küçəsi – tunel vasitəsi ilə Olimpiya Stadionu istiqamətində avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq”, – deyə Vaqif Əsədov qeyd edib. 

Bölmə rəisi qeyd edib ki, deyilən ünvanlar üzrə hərəkət edən avtomobil sahibləri və sürücülərdən, tədbiri nəzərə alaraq, şəxsi avtomobillərdən az istifadə etmələri, alternativ yollarla hərəkət etmələri tövsiyə edilir. 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol