Erkən ölümün başlıca səbəbi açıqlandı

Təkcə Birləşmiş Ştatlarda milyonlarla insan artıq çəki və diabetlə əlaqəli ürək çatışmazlığından əziyyət çəkir. Belə bir nəticəyə ABŞ-ın Şimal-Qərb Universitetinin alimləri gəlib.
Bu barədə məlumat "EurekAlert!” nəşrində dərc olunub.
Tədqiqatçılar 1999-2017-ci illər ərzində 48 milyon insanın ölüm səbəblərini araşdırmış Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatlarını təhlil edib. Onlar 35-84 yaş arasında olan insanlarda ürək çatışmazlığı ilə bağlı ölüm əmsalını yaş əsasında müəyyənləşdirib.
Məlum olub ki, son illər ürək əzələləri qüsurlarının müalicəsində böyük nailiyyətlərin olmasına baxmayaraq, 2012-ci ildən bəri ürək problemlərindən ölənlərin sayı getdikcə artır.
Hesablamalara görə, altı milyon insan ürək əzələlərinin disfunksiyasından əziyyət çəkir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























