• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda professorun qızı axtarılır, tapana mükafat vəd verilib

Bakıda professorun qızı axtarılır, tapana mükafat vəd verilib
11.05.2019 10:54
Bakıda professorun qızı itkin düşüb, onu tapana mükafat vəd olunub.
 
 ONA məlumatına görə, hadisə ötən gün günorta saatlarında qeydə alınıb.

38 yaşlı Hacıyeva Röya Vaqif qızı günorta saatlarında atası Vaqif Hacıyevlə birlikdə Həsən Əliyev küçəsində yerləşən ASAN xidmətin inzibati binasına daxil olublar. Daha sonra qız oradan çıxaraq naməlum istiqamətə gedib.
 
İtkin düşən xanımın atası Vaqif Hacıyev ONA-ya bildirib ki, R.Hacıyeva ruhi-əsəb xəstəsidir. Atası onu bu gün Türkiyəyə müalicəyə aparacaqdı. Bunun üçün də ASAN xidmətdə sənədlərini qaydasına salırmış.

R.Hacıyeva Rusiya Federasiyasının vətəndaşıdır. Onu görənlərdən və ya tanıyanlardan xahiş olunur ki, 050 389 13 39 mobil nömrəsinə məlumat versinlər. R.Hacıyevanı tapana mükafat vəd edilib.

R.Hacıyevanın itkin düşməsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə məlumat verilib.
Qeyd edək ki, Vaqif Hacıyev Moskva Dövlət Universitetinin proffesorudur.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Cəmiyyət 12:06
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri yenidən bir araya gəlib
Cəmiyyət 11:50
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri yenidən bir araya gəlib
Deputat ailə biznesləri üçün ayrıca inkişaf konsepsiyasının hazırlanmasını təklif edib
Cəmiyyət 11:38
Deputat ailə biznesləri üçün ayrıca inkişaf konsepsiyasının hazırlanmasını təklif edib
BDU-nun C blokunda tədris şəraiti ilə bağlı müraciətlər araşdırılacaq - rektor
Cəmiyyət 11:22
BDU-nun C blokunda tədris şəraiti ilə bağlı müraciətlər araşdırılacaq - rektor
Vətəndaşlar adlarını bir neçə dəfə dəyişə biləcəklər
Cəmiyyət 11:00
Vətəndaşlar adlarını bir neçə dəfə dəyişə biləcəklər
Fira Cəlilovanın bağ evində saxlanılan şəxslə bağlı yeni detallar
Cəmiyyət 09:49
Fira Cəlilovanın bağ evində saxlanılan şəxslə bağlı yeni detallar
Fira Cəlilovanın bağ evinə basqın iddiasına DİN-dən açıqlama
Cəmiyyət 09:15
Fira Cəlilovanın bağ evinə basqın iddiasına DİN-dən açıqlama
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol