• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda daha bir ərazidən ağaclar köçürüləcək - Nazirlikdən açıqlama

Bakıda daha bir ərazidən ağaclar köçürüləcək - Nazirlikdən açıqlama
14.05.2019 16:16
"Bakıda son illər ərzində davam edən iri həcmli tikintilər, əhali artımı, şəhər infrastrukturunun sürətlə böyüməsi, atmosferə buraxılan zərərli qazlar və digər antropogen amillər mövcud yaşıllıq sahələrin qorunmasına və yaşıllıqların genişləndirilməsinə kəskin ehtiyac yaradıb".

Anews.az  xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Ekspertiza İdarəsinin rəisi Bilal Dadaşov deyib.
O bildirib ki, hazırda Bakıda mövcud olan yaşıllıqların ümumi sahəsi təxminən 14 min hektardır: "Bu da adambaşına 6 kvadratmetr təşkil edir. Ona görə də yaşıllıqların qorunması, miqyasının daha da genişləndirilməsi qarşıda duran ən mühüm vəzifədir və onların vacib olmayan tikintilər altına düşərək kəsilməsi yolverilməzdir".

İdarə rəisi qeyd edib ki, nazirlik birmənalı olaraq belə hallara qarşıdır: "Dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihələr həyata keçirildikdə, qurumuş, təhlükə yaradan və xəstə ağaclardan başqa, ağac kəsilməsi qaydalara ziddir. Bu günlərdə Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Yasamal rayonunda Şəfayət Mehdiyev küçəsinin Hüseyn Cavid prospektindən Əbdürrəhmanbəy Haqverdiyev küçəsinədək olan hissəsində yolun genişləndirilməsi üçün tikinti altına düşən ağacların köçürülməsinə müvafiq rəyin verilməsi ilə bağlı bizə müraciət daxil olub. ETSN-nin Dövlət Ekspertiza İdarəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə baxış keçirilib, 151 ağac və kol bitkisinin yol tikintisi altına düşdüyü müəyyən edilib. Odur ki, tikinti altına düşən ağacların budanaraq kök torpağı ilə birlikdə münbit ərazilərə köçürülməsinə rəy verilib. Yaşıllıqlara qulluq göstərilməsi birbaşa Yaşıllaşdırma Təsərrüfatı Birliyinin xidməti vəzifəsinə aid olan məsələdir və yaşıllıqlara mövsümi budama xidməti göstərilməsi üçün ETSN-dən müvafiq rəy alınması tələb olunmur, bu tədbirlərin ağacların bioloji inkişafda olmadığı vaxtlarda aparılması zəruridir".

Qeyd edək ki, Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalar çərçivəsində ağacların köçürülməsi aşağıdakı hallarda mümkündür:
- dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda;
- şəhərsalma və ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərində nəzərdə tutulan, dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə;
- ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda.(report)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol