• $
  • €
  • ₽
  • ₺
  • £

Bakının mərkəzində təxribat - Nazirlikdən açıqlama

Bakının mərkəzində təxribat - Nazirlikdən açıqlama
14.05.2019 17:06
Dünəndən sosial şəbəkələrdə Bakının mərkəzindəki "Alov qüllələri”nin önündə əlində təxribatçı plakat tutmuş 2 idmançının şəkli müzakirə mövzusuna çevrilib. Güman olunur ki, plakatı əlində tutanlar gürcülərdir. Çünki plakatın üzərində "Keşikçidağ” məbədi ilə bağlı şüar yazılıb. İngiliscə yazılan şüarda "David Qareci Gürcüstanındır” sözləri qeyd olunub ki, bu da Azərbaycan ictimaiyyəti tərəfindən etirazla qarşılanıb.

İddialara görə, plakatla şəkil çəkdirənlər idmançıdırlar və Gənclər və İdman Nazirliyinin xətti ilə ölkəmizə gəlibər
Anews.az bildirir ki, Gənclər və İdman Nazirliyin mətbuat katibi Samayə Məmmədova yayılan şəkillə bağlı Modern.az a açıqlama verib. 
Onun sözlərinə görə, yayılan fotodakı şəxslərin nazirliyə aidiyyatı yoxdur:
"Bildiyiniz kimi, Bakı tez-tez beynəlxalq oyunlara ev sahibliyi edir. Son dönəmlərdə istə bədii gimnastika, istərsə də cüdo üzrə çox mötəbər beynəlxalq tədbirlər Bakıda keçirilib. Yayılan foto ilə bağlı onu deyə bilərəm ki, nazirliyə aidiyyatı yoxdur. Şəkildə görünən insanlar nazirliyin xətti ilə keçirilən idman yarışlarında ölkəmizə təşrif buyuran şəxslər deyillər”.

"Keşikçidağ” məbədi (gürcülər onu David Qareci kilsəsi adlandırılar) Azərbaycanın Gürcüstanla sərhəddində, hazırda mübahisəli ərazi sayılan zonada yerləşən qədim Alban məbədidir. Dəniz səviyyəsindən 850 metr hündürlükdə olan və böyük coğrafi sahəni əhatə edən məbəd kompleksinin bir hissəsi Gürcüstanın Saqareco rayonu, digər bir hissəsi isə Azərbaycanın Ağstafa rayonu ərazisində yerləşir.
Məbədin mənşəyinə dair Azərbaycan və gürcü mənbələri arasında tarixi konsensus mövcud deyil. "Keşikçidağ” məbədi qədim alban mənşəli olduğu halda gürcü mənbələri onun tarixən gürcü pravoslav kilsəsinə tabe olduğunu iddia edirlər.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol