• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlıların Rusiyada “xiyar davası”

Azərbaycanlıların Rusiyada “xiyar davası”
15.05.2019 08:39
Volqoqradda uzun çəkən "xiyar davası” ilə məşhur olan Azərbaycan klanının nümayəndəsi məhkəmə qarşısında cavab verib. 39 yaşlı Vüqar Əsədov Jiquli bazasını "əlində saxlayırmış”. Lakin sahibkarlar arasında "sözə baxmayan” biri peyda olub. Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, reketçi həmin "sözə baxmayan”a görə 9 il həbs cəzası alıb.

"Volqoqrad vilayət məhkəməsi apellyasiya qaydasında Vüqar Mütəllim oğlu Əsədovun cinayət işinə baxıb. O, ticarəti azad şəkildə davam etdirmək üçün pul tələb etmədə təqsirli bilinib. 2011-2012-ci və 2017-ci illərdə o, əlaltıları ilə birlikdə iş adamlarından topdansatış bazasının ərazisində işləmək üçün hər ay 30 min rubl tələb edib. Etiraz cavabı aldıqdan sonra onlar sahibkarı döyüblər və silahlı basqın törədiblər”, - hüquq-mühafizə orqanının mətbuat katibi Yekaterina Valkovskaya jurnalistlərə bildirib.

Əsədov məhkəmədə özünü təqsirli bilməyib. Onun sözlərinə görə, zərərçəkmişi çoxdan tanıyır və ona nifrət edir. Buna görə də, pul tələbi olmayıb, yalnız onu alçaltmaq istəyib.

Dzerjinsk rayon məhkəməsi Əsədovu təqsirli bilib. Cinayətlərin cəmi nəzərə alınaraq, o, cəzasını ciddi rejimli islah müəssisəsində çəkmək şərtilə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Prokurorluq verilmiş cəzanı çox yumşaq hesab edib, lakin Əsədov iddia edir ki, pul tələb etməyib.

"Volqoqrad Onlayn” nəşri qeyd edir ki, Vüqar Əsədov Azərbaycan klanının üzvüdür. Bu "ailə” Volqoqrad vilayətində kriminal tarixçəsi ilə məşhurdur. "Xiyar qisası” adlanan bu tarixçə 5 il ərzində ən azı 4 ölümə səbəb olub.

Münaqişənin məğzi İrandan idxal edilən xiyarın Jiquli topdansatış bazasında satışının təşkilindəın ibarətdir. Ailənin digər azərbaycanlılarla arası dəyib. Bunun nəticəsində qarşı duran tərəflər 2009-cu ilin fevralında münasibətlərini Anqar nohuru yaxınlığında atışma ilə aydınlaşdırıblar. 15 nəfər ov tüfəngləri və tapançalarla silahlanıblar. Nəticədə, münaqişə iştirakçılarından biri sinəsindən güllə yarası alıb və xəstəxanaya aparılarkən yolda keçinib. Daha 3 nəfər başlarından ağır yaralanıblar və xəstəxanaya yerləşdiriliblər.

Bundan sonra Vüqarın doğma qardaşı Zülfüqar qətlə yetirilib. Onu 2015-ci ilin sentyabr ayının 26-da Kalaşnikov avtomatından güllələyiblər. Zülfüqar da silahla cavab verib. Bu, artıq üçüncü qəsd hadisəsi olub.

Qardaşların atası Mütəllim Əsədovun da həyatına qəsd hadisəsi baş verib. 2010-cu ilin aprelində onu killer vasitəsilə qətlə yetirməyə cəhd ediblər. Sifarişli qatil axrtarışa verilsə də, tapılmayıb.




www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol