• $
  • €
  • ₽
  • ₺
  • £

“Bakcell” bu kampanıyasını oktyabra kimi pulsuz etdi

“Bakcell” bu kampanıyasını oktyabra kimi pulsuz etdi
15.05.2019 11:51
320 mindən artıq abunəçi "Mənim Bakcellim” mobil tətbiqindən yararlanır

Anews.az xəbər verir ki, Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti PULSUZ 1 GB kampaniyasını oktyabr ayına qədər uzadıb. Bu ilin mart ayında elan edilmiş kampaniyanın şərtlərinə əsasən, "Mənim Bakcellim” mobil tətbiqetməsini yükləyib öz nömrəsi ilə qeydiyyatdan keçən hər bir Bakcell abunəçisi 1 Gb PULSUZ İnternet trafiki əldə edir. 

Mobil tətbiqetmə "Google Play” və yaxud "Appstore”dan yüklənilib pulsuz istifadə oluna bilər. Qeyd edək ki, hədiyyə yalnız "Mənim Bakcellim”də ilk dəfə qeydiyyatdan keçən abunəçilərə təqdim olunacaq. Kampaniyada iştirak edib PULSUZ internetdən yararlanmaq üçün abunəçinin mobil cihazı 4G şəbəkəsini dəstəkləməli və 4G SİM-kartı ilə təmin olunmalıdır.

Kampaniyanın müddətinin uzadılması Android və iOS platformalarında istifadə üçün nəzərdə tutulmuş "Mənim Bakcellim” rəqəmsal internet portalı və tətbiqetməsinin uğurları ilə bağlıdır. Belə ki, 2018-ci ilin fevral ayında istifadəyə verilmiş "Mənim Bakcellim” tətbiqetməsini cəmi bir il ərzində 320 mindən çox Bakcell abunəçisi yükləyib və bu rəqəmsal kanal üzərindən uğurla həyata keçirilmiş aylıq əməliyyatların sayı 30 minə çatıb. Tətbiqetmə abunəçilər arasında böyük rəğbət qazanıb, onun "Google Play” və "Appstore”da reytinqləri isə çox yüksəkdir.

"Mənim Bakcellim” abunəçilərə məlumat mərkəzinə zəng etmədən və müştəri xidməti mərkəzinə getmədən mobil nömrə ilə istənilən əməliyyatı həyata keçirmək imkanı verir. "Mənim Bakcellim” istifadəçilərə maksimum şəffaflıq və rahatlıq, zəng olunmuş nömrələrin siyahısı, zənglərin vaxtı və müddəti və sərf olunmuş məbləğlər daxil olmaqla nömrənin istifadə tarixçəsinə aid bütün məlumatlara tam nəzarət imkanı və hətta onlayn çat kimi üstünlükləri təqdim edir. Qeyd edək ki həftənin 7 günü, günün 24 saatı ərzində fəaliyyət göstərən və 20 saniyəlik ilk cavab vaxtını təmin edən onlayn çat funksiyası üzərindən hər ay 7000 nəfərdən çox müştəri sorğusu emal olunur.

"Mənim Bakcellim” mobil tətbiqetməsini Android və iOS sistemləri ilə çalışan cihazlar üçün aşağıdakı linklərdən yükləmək olar:
http://bit.ly/MenimBakcellim_android
http://bit.ly/MenimBakcellim_IOS
Bakcell özünün rəqəmsal müştəri xidməti kanalını daha da inkişaf etdirəcək və müştəriləri daha üstün istifadə təcrübəsi və daha geniş təhlükəsizlik imkanları ilə təmin etmək məqsədilə yaxın gələcəkdə "Mənim Bakcellim” applikasiyasına yeni maraqlı və faydalı funksiyalar əlavə edəcək.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol