• $
  • €
  • ₽
  • ₺
  • £

Ayaqları yoxdur, "Jiquli"ni əli ilə sürür... - VİDEO

Ayaqları yoxdur, "Jiquli"ni əli ilə sürür... - VİDEO
15.05.2019 20:51
Bədbəxt hadisə nəticəsində hər iki ayağını itirən Goranboy sakini Elşad Məmmədov öz əzmi və iradəsi ilə görənləri heyrətə salır. Rayonun Nərimanlı kəndində yaşayan E. Məmmədov I qrup əlil olsa da, ruhdan düşməyərək gəncliyindən məşğul olduğu sürücülük peşəsini davam etdirir.
Anews.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, o, avtomobili idarə edə bilmək üçün pedalları əllə idarə ediləcək şəklə salıb. Bu yolla həyatına rəng qatmaqla yanaşı ailəsinin dolanışığını da təmin edir. O, hətta avtomobildə əksər təmir işlərini də özü aparır. 57 yaşlı Elşad Məmmədov hər şeyin heç də indi göründüyü kimi asan başa gəlmədiyini söyləyir. 1989-cu ildən səhhətində problemlər başlayan Goranboy sakini bütün müalicələrə baxmayaraq, 2004-cü ildə hər iki ayağını itirməli olub.
E.Məmmədova ayaqlarını itirmək çox pis təsir edib, hər an ölüm haqda fikirləşib: "Ölümü fikrimdən çıxara bilmirdim. Elə hey fikirləşirdim ki, bu gün öləcəm, sabah öləcəm. Sağ qalmağıma inamım yox idi".
"Sonradan qərara gəldim ki, maşın alım. Maşını aldıqdan sonra onda öz ideyamla əllə idarə etmək üçün düzəlişlər etdim. Yavaş-yavaş bu maşının köməyi ilə bütün problemlərimi yaddan çıxardım. İndi sükan arxasında oturanda özümü sağlam adam kimi hiss edirəm" - həmsöhbətimiz bildirib.
Dediyinə görə, hazırda avtomobili onunçün yaşam səbəbi, həyat mənbəydir: "Maşın mənim həyatımdır. Ana balasız qala bilmədiyi kimi mən də maşınsız qala bilmərəm. Axşamdan hiss edəndə ki, maşında nasazlıq var, həmin gün gözümə yuxu getmir. Sabah olan kimi çayımı içməmiş başlayıram nasazlığını düzəltməyə. Ona görə də 2004-cü ildən sürsəm də, məni yolda qoymayıb, 1 dəfə olsun benzini qurtarmayıb, təkəri belə, buraxmayıb".
Tək narahatlığının yol hərəkəti qaydalarını bilməyən, sürücülük mədəniyyəti olmayan sürücülər olduğunu deyən E.Məmmədovun müştəriləri də kifayət qədərdir. Qazaxdan tutmuş Şirvanadək bütün ətraf rayonlara hər gün müştəri aparan Goranboy sakini müştərilərin sağlam sürücülərdən daha çox ona etibar etdiklərini bildirib.
Elşad Məmmədovun istəyi fiziki məhdudiyyətli şəxslər üçün hazırlanmış avtomobilə sahib olmaqdır. 1985-ci il istehsalı olan "dəmir" dostunun artıq köhnəldiyindən, bir müddət öncə əlillər üçün nəzərdə tutulmuş avtomobil almaq üçün müraciət edib. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinindən ona avtomobillərin yalnız Qarabağ və Böyük Vətən Müharibəsi əlillərinə verildiyi bildirilib.
 
 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri yenidən bir araya gəlib
Cəmiyyət 11:50
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri yenidən bir araya gəlib
Deputat ailə biznesləri üçün ayrıca inkişaf konsepsiyasının hazırlanmasını təklif edib
Cəmiyyət 11:38
Deputat ailə biznesləri üçün ayrıca inkişaf konsepsiyasının hazırlanmasını təklif edib
BDU-nun C blokunda tədris şəraiti ilə bağlı müraciətlər araşdırılacaq - rektor
Cəmiyyət 11:22
BDU-nun C blokunda tədris şəraiti ilə bağlı müraciətlər araşdırılacaq - rektor
Vətəndaşlar adlarını bir neçə dəfə dəyişə biləcəklər
Cəmiyyət 11:00
Vətəndaşlar adlarını bir neçə dəfə dəyişə biləcəklər
Fira Cəlilovanın bağ evində saxlanılan şəxslə bağlı yeni detallar
Cəmiyyət 09:49
Fira Cəlilovanın bağ evində saxlanılan şəxslə bağlı yeni detallar
Fira Cəlilovanın bağ evinə basqın iddiasına DİN-dən açıqlama
Cəmiyyət 09:15
Fira Cəlilovanın bağ evinə basqın iddiasına DİN-dən açıqlama
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol