• $
  • €
  • ₽
  • ₺
  • £

BMT problemli kreditlərin həlli ilə bağlı fərmanı yüksək qiymətləndirir

BMT problemli kreditlərin həlli ilə bağlı fərmanı yüksək qiymətləndirir
23.05.2019 21:30
Maliyyə Bazarlarına Nəzarət Palatasında BMT-nin Azərbaycan üzrə rezident əlaqələndiricisi Qulam İshaqzai və BMT-nin Azərbaycan ofisinin koordinasiya məsələləri üzrə analitiki Şəms Mustafayeva ilə görüş keçirilib.

"Report" bu barədə Palataya istinadən xəbər verir. 

Məlumata görə, qurumun İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov nümayəndə heyətini salamlayaraq Azərbaycanda maliyyə sabitliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər, Bazel standartlarının tətbiqi üzrə reallaşdırılan maliyyə islahatları barədə ətraflı məlumat verərək ölkənin bank, sığorta və qiymətli kağızlar bazarının hazırkı vəziyyəti, maliyyə bazarlarının aparıcı komponentləri kimi bu sferalarda əldə olunan irəliləyişlər haqda bir çox məqamları diqqətə çatdırıb. Ölkədə maliyyə sektorunda izlənilən islahatyönümlü tendensiyanın beynəlxalq arenada yüksək qiymətləndirildiyi bunun nəticəsi olaraq, "Doing Business 2019” hesabatında ölkəmizin kreditlərin əlçatanlığı indikatoru üzrə 122-ci yerdən 100 pillə irəliləyərək 22-ci pilləyə yüksəlib, kredit məlumatlarının əhatəliliyi indeksi üzrə 8 mümkün baldan 8 bal toplayaraq 10 ən islahatçı ölkə sırasına daxil olması vurğulanıb.

Daha sonra əhalinin rifah halının yüksəldilməsi, sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin təmin olunması məqsədilə Prezident İlham Əliyevin imzaladığı "Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman barədə məlumat verilib. Ölkə əhalisinə dövlət dəstəyinin bariz nümunəsi kimi imzalanan və icra olunan fərmanın böyük çərçivədə insanların maddi vəziyyətinin yaxşılaşdırılmasına xidmət etməsi ilə yanaşı, bankların maliyyə stabilliyinin bərpa edilməsində mühüm rol oynayacağı vurğulanıb.

Öz növbəsində, BMT rəsmisi ölkədə həyata keçirilən iqtisadi və sosial islahatların təmsil etdiyi təşkilat tərəfindən yüksək qiymətləndirildiyini bildirərək, ölkədə yeni iş yerlərinin yaradılmasının, maliyyə sahəsində mütəmadi islahatların həyata keçirilməsinin dövlətimizin prioritet hədəflərindən olmasından, qısa zaman kəsiyində maliyyə sektorunda əldə edilən stabilliklə bağlı məmnunluğunu ifadə edib. Q.İsakzai həmçinin problemli kreditlərlə bağlı məlum Fərmanın BMT tərəfindən yüksək qiymətləndirildiyini xüsusi olaraq vurğulayıb.

Eyni zamanda, görüş zamanı Palatanın beynəlxalq əməkdaşlığa xüsusi önəm verməsindən, ümumilikdə 49 beynəlxalq təşkilat və maliyyə nəzarəti orqanları ilə məhsuldar əlaqələrin qurulmasından, qlobal maliyyə bazarlarında tətbiq olunan beynəlxalq təcrübələrin ölkəmizə inteqrasiyasının Palatanın əsas hədəflərindən biri olmasından danışılıb. Bununla əlaqədar, Palatanın BMT tərəfindən bir çox ölkələrdə həyata keçirilən maliyyə inklüzivliyi, maliyyə savadlılığının artırılması və maliyyə şəffaflığı layihələrindən yararlanmaqda maraqlı olduğu nəzərə çatdırılıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol