• $
  • €
  • ₽
  • ₺
  • £

Bacısına WhatsApp-da “salam” yazanı bıçaqladı, ağır cəza aldı

Bacısına WhatsApp-da “salam” yazanı bıçaqladı, ağır cəza aldı
24.05.2019 17:38
Qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Ataş Rəşidov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Bizimyol.info xəbər verir ki, hökmü hakim Rasim Sadıxovun sədrlik etdiyi kollegiya çıxarıb.

Hadisə ötən il avqustun 29-da Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində baş verib. A.Rəşidov münaqişə zəminində həmyerlisi Bəxtiyar Allahverdiyevə bıçaqla xəsarət yetirib, hadisə yerini tərk edib. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.A.Rəşidov məhkəmədə özünü qismən təqsirli bildiyini deyib. A.Rəşidov qeyd edib ki, Bəxtiyar bacısının "WhatsApp”ına yazıb:
"Bunu mənə bacım göstərdi. "Salam” yazan şəxsin Bəxtiyar olduğunu bildim. Bəxtiyarı "WhatsApp”da təhqir edib, onların evlərinə getdim. Onu çölə çağıranda qapının qarşısında məni yumruqla vurdu. Bu zaman özümü müdafiə etmək üçün Bəxtiyara bıçaqla iki zərbə endirdim”.

Sonra zərərçəkmiş B.Allahverdiyev dindirilib. O, "WhatsApp”da tanımadığı nömrəyə yazdığını etiraf edib:
"Bilmirdim ki, həmin şəxs Ataşın bacısıdır. Sonra Ataş məni təhqir edib, bizə gəldi. Qapını bacım açıb, məni çağırdı. Ataş mənimlə salamlaşan zaman digər əlində olan bıçaqla məni vurdu. Mən yerə yıxılıb, evə girdim. O da evə girməyə cəhd etdi, qapını bağladım. Bir qədər keçəndən sonra baxdım ki, üstüm qandır, anam da həkimə zəng elədi”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol