• $
  • €
  • ₽
  • ₺
  • £

Deputatlarımız harada istirahət edəcəklər? - Telefonlarımız daima açıqdır (CAVABLAR)

Deputatlarımız harada istirahət edəcəklər? - Telefonlarımız daima açıqdır (CAVABLAR)
26.05.2019 10:33
Artıq yay fəsli öz isti nəfəsini yavaş-yavaş hiss etdirməyə başlayır. Bir çoxları artıq yay istirahəti ilə bağlı planlarını da qurmağa başlayıb.

BAKU.WS xəbər verir ki, planlar isə daha çox qiymətlərə, dəniz və ya təbiət turizmi seçiminə görə dəyişə bilir.

Son illər azərbaycanlılar istirahət üçün daha çox xaricə üz tutsalar da, əksinə əcnəbilər ölkəmizə daha çox gəlməyə başlayıblar. Onlar daha çox bölgələrdə təbiət turizminə üstünlük verirlər. Yerli əhali bölgələrdə turizm obyektlərində qiymətlərindən yüksək olmasından şikayətlənsə də, elə yerlərdə istirahət edənlərin sayı heç də az deyil.

Millət vəkili Naqif Həmzəyev adətən istirahətini Azərbaycanın dilbər guşələrində keçirməyə üstünlük verdiyini bildirib və digər insanlara da istirahət üçün ayırdığı vəsaiti Azərbaycanda xərcləməyi tövsiyə edib: "İstirahət üçün xərclədiyimiz pulun xaricə çıxmasının qarşısını almalıyıq. Bununla da ölkədaxili turizmə dəstək olarıq”.

Deputat Aydın Mirzəzadə də bir qayda olaraq Azərbaycanda istirahət etdiyini söyləyib: "Əslində deputat üçün istirahət anlayışı yoxdur. Telefonlarımız daima açıqdır. Media nümayəndələri və vətəndaşlar daima zəng edirlər. Böyük ehtimalla Bakıda olacağam. Arada ailəmlə birlikdə rayonlara da səfər edəcəyik”.

Aqil Abbas isə Azərbaycanı onsuz da gəzdiyini, imkanı olarsa, Türkiyəyə getməyi düşündüyünü deyib. Deputat Oranı maşınla qarış-qarış gəzmək istədiyini bildirib.


Millət vəkili Azər Badamov hər turizm mərkəzinin özünə uyğun təqdim etdiyi xidmətlər olduğunu qiymətlərin də hamını qane edəcək səviyyədə olduğunu söyləyib: "Bir neçə ildir ki, istirahətimi Azərbaycanda keçirirəm. Çünki Azərbaycanda istirahət üçün çox gözəl şərait yaradılıb. Gözəl hotellər tikilib, istirahət zonası salınıb. Mənim təmsil etdiyim Qusar da turizm bölgəsidir. Belə gözəl təbiətə malik yeri qoyub harasa istirahətə getməyi düzgün saymıram. Mən də yayı öz rayonumuzda keçirəcəyəm”.

Gövhər Baxşəliyeva isə Bakıda bağ evində istirahət edəcəyini deyib.

Tahir Rzayev də Azərbaycan olacağını vurğulayıb, lakin hələlik hansı bölgədə olacağını dəqiqləşdirməyib.

Millət vəkili Elman Məmmədov Bakıda və Goranboyda istirahət etməyi xaricə getməkdən üstün tutub: "Elə insanlar var ki, Azərbaycanımızın heç 30 faizini də tanımır. Ölkəmizi gəzmək, tanımaq, şəfalı yerlərində gəzmək xaricə getməkdən daha üstündür”.

Zaqatala-Balakən bölgəsindən parlamentə deputat seçilən Kamilə Əliyeva isə ailəsi ilə birlikdə daha öncə heç olmadığı rayonlara səfər edəcəyini deyib: "Azərbaycanda hər bir şəraiti olan turizm məkanlarımız var. Həm maddi, həm də təhlükəsizlik baxımından Azərbaycanda istirahət etməyin öz üstünlüyü var”.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol