• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar”-dan futbol həvəskarları üçün möhtəşəm müsabiqə!

“Nar”-dan futbol həvəskarları üçün möhtəşəm müsabiqə!
27.05.2019 09:16
Ölkənin ən gənc mobil operatoru "Nar”, paytaxtımızın ev sahibliyi edəcəyi UEFA Avropa liqasının final qarşılaşmasına daha da həyəcan qatmaq üçün sosial media səhifələrində müsabiqə keçirir. "Nar” abunəçiləri internet üzərindən keçirilən futbol viktorinasında iştirak etməklə, həm öz biliklərini sınaya, həm də qalib gələrək 100 şəbəkədaxili pulsuz dəqiqə qazana bilərlər. Müsabiqə 26 mayda başlayacaq və elə həmin gün saat 23:59-da da yekunlaşacaq. 
 
"Nar” tərəfindən keçirilən bu müsabiqədə digər mobil operatorların abunəçiləri də iştirak edə bilər. Futbol tarixi, məşhur klublar, futbolçularun karyerası və digər maraqlı sualların hamısına düzgün cavab verən bütün "Nar” abunəçiləri 100 şəbəkədaxili dəqiqə hədiyyə qazanacaq.
 
Nəticələr 27 mayda elan olunacaq, 29 mayda isə qazandıqları bonus dəqiqələr onların balansına əlavə ediləcək. Müsabiqədə bu keçid vasitəsilə iştirak etmək mümkündür: https://www.nar.az/promo/29may-football.html
 
"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7500-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol