• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Beynəlxalq Bankından yeni kart məhsulu: “Yuventus” co-brand kartı!

Azərbaycan Beynəlxalq Bankından yeni kart məhsulu: “Yuventus” co-brand kartı!
27.05.2019 15:00
Dünyada, o cümlədən ölkəmizdə də kifayət qədər azarkeşə malik İtaliyanın "Yuventus” futbol klubunun regional partnyoru olan Azərbaycan Beynəlxalq Bankı klubla müştərək brendləşdirilmiş (co-brand) Mastercard Platinum debet kartlarını bazara təqdim edib. Bank bu kartların öncədən satışına başlayıb. Xüsusi dizayn və özəlliklərə malik kartları müştərilər bu link vasitəsilə əvvəlcədən sifariş edə bilərlər: https://www.ibar.az/az/yuventus/

Kartlar onları öncədən sifariş etmiş sahiblərinə 24 iyun tarixindən etibarən təqdim edilməyə başlanacaq. Co-brand kartları AZN, USD və EUR hesabında açdırmaq olar.

3 il müddətinə nəzərdə tutulmuş bu kartların sayı məhdud  - cəmi 3 min ədəd olacaq. Kart müddəti 3 il, xidmət haqqı isə cəmi 30 manatdır. Müştərilər bu kart vasitəsilə istədikləri ödəniş əməliyyatlarını həyata keçirə bilərlər. Ən əsası, kartla Azərbaycan Beynəlxalq Bankının ATM-lərində nağdlaşdırma zamanı heç bir komissiya haqqı tutulmur.

Kart  "cash-back” funksiyasına da malikdir. Bütün alış-veriş məkanlarında bu kartla aparılan ödənişlərin 1%-i "cash-back” olaraq müştərinin kartına geri qayıdır. Azərbaycan Beynəlxalq Bankının "Xərclədikcə gəlir” sloqanı ilə reallaşdırdığı "Qayğıkeş” layihəsi çərçivəsində isə bankla tərəfdaş məkanlarda bu kart və bankın POS terminalları ilə aparılmış ödənişin 5%-dən 40%-dək hissəsi elə yerindəcə müştərinin hesabına geri ödənir. Kart Azərbaycan Beynəlxalq Bankının SMS Xəbərdarlıq sisteminə pulsuz qoşulur. Üstəlik, bu kartla "Yuventus” futbol komandasının rəsmi internet səhifəsində edilən hər bir alış-veriş məbləğinə 2% "cash-back” geri qayıdır.

Azərbaycan Beynəlxalq Bankı və "Yuventus”un co-brand kartlarını əvvəlcədən sifariş etməyinsə başqa bir üstünlüyü də var. Bank yaxın zamanlarda müxtəlif uduş kampaniyaları keçirərək bu kartla ödənişlər aparan müştərilərini mükafatlandıracaq.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 35 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol