• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda daha bir həkim səhlənkarlığı , yoxsa... - VİDEO

Bakıda daha bir həkim səhlənkarlığı , yoxsa... - VİDEO
27.05.2019 17:41
Qarayev adına 2 nömrəli klinik xəstəxanasında 7 aylıq uşaq ölüb, bu barədə  Anews.az-a xəstəxananın baş həkiminin müavini Eldar Rəhimov məlumat verib. 
 
"7 aylıq dünyasını dəyişən uşaq bizim xəstəxanaya bağırsaq infeksiyası diaqnozu ilə daxil olub. Xəstəlik tarixi əlimizdə olmadığına görə dəqiq məlumat verə bilmərik. Meyit hazırda Pataloji Anatomiya Birliyinə göndərilib. Ortada cinayət işi olduğuna görə, əlavə heç bir məlumat verməyə icazəmiz yoxdur. Meyit ekspertiziya olandan sonra dəqiq məlumat verəcəyik", - deyə Rəhimov bildirib.
 
Uşağın yaxınları həkimləri uşağı öldürməkdə ittiham edir və Səhiyyə Nazirliyini onları qəbul etməməkdə suçlayır. Onların dediyinə görə, həkim Mətanət Rzayeva uşağın ölümündə günahkardır. 

Səhiyyə Nazirliyindən isə anews.az-a bildirdilər ki, ölüm halı olanda bununla bağlı cinayət işi başlanır. Ona görə də ölümlə bağlı məsələ olanda mətbuata açıqlama verə bilməzlər. "Bu istintaqın gedişinə mane ola bilər. İstinaq başlanır və Prokrorluq araşdırma edir. Əgər ortada həkim səhlənkarlığı baş verən hal olarsa həmin həkim məsuliyyətə cəlb olunacaq", deyə nazirlikrəsmisi dedi.

Qeyd edək ki, bir neçə gün öncə dünyasını dəyişən uşağın valideynləri Səhiyyə Nazirliyin qarşısında aksiya keçirərək şikayət ediblər. Səhiyyə Nazirliyinin onları qəbul etməsi barədə məlumat almaq istəsək də "on dəqiqə sonra cavab verəcəyik deyib” telfonlarımıza cavab vermədilər.

Uşağın yaxınlarının etirazlarını bildirdiyi "Azad Söz"  internet resursuna aid videomaterialı diqqətinizə təqdim edirik: 
 
Gülnar Nazimqızı
 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol