• $
  • €
  • ₽
  • ₺
  • £

Mehriban Əliyevanın təşəbbüsü ilə hüquqşünaslar bir araya gəldi - FOTO

Mehriban Əliyevanın təşəbbüsü ilə hüquqşünaslar bir araya gəldi - FOTO
31.05.2019 17:14
Bu gün Bakıda "Məhkəmə-hüquq islahatlarına vəkil baxışı” mövzusunda konfrans keçirilib.

Bu barədə Vəkillər Kollegiyasının rəsmi saytında məlumat verilib.
Konfrans vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşkilatçılığı ilə baş tutub. Milli Məclisin deputatları, hüquqşünas-alimlər, hakimlər, vəkillər, xarici ölkələrin səfirliklərinin, o cümlədən, müxtəlif dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri konfransda iştirak edib.Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib ki, Vəkillər Kollegiyasının fəaliyyəti, maliyyə müstəqilliyi, maddi-texniki təminatı, eləcə də regionlarda vəkillərin sayı baxımından müəyyən problemlər mövcuddur. Bu baxımdan, Azərbaycan Respublikası Prezidentinin qeyd olunan Fərmanının müvafiq göstəriş və tövsiyələri, xüsusilə də dövlət hesabına hüquqi yardıma görə vəkilə ödənilməli olan vəsaitin Vəkillər Kollegiyasına verilməsi məsələsi xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib.

Məhkəmə-Hüquq Şurası aparatının rəhbəri Cavid Hüseynov "Hakim-vəkil münasibətlərinin deontoloji aspektləri” mövzusunda çıxış edərək qeyd edib ki, məhkəmə-hüquq islahatlarında hakim-vəkil münasibətlərinin xüsusi rolu var və bu baxımdan, qeyri-prosessual münasibətlərin yolverilməzliyi əhəmiyyət kəsb edir.

Xatırladaq ki, 03.04.2019-cu il tarixində Prezident İlham Əliyev "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalayıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Vətəndaşlar adlarını bir neçə dəfə dəyişə biləcəklər
Cəmiyyət 11:00
Vətəndaşlar adlarını bir neçə dəfə dəyişə biləcəklər
Fira Cəlilovanın bağ evində saxlanılan şəxslə bağlı yeni detallar
Cəmiyyət 09:49
Fira Cəlilovanın bağ evində saxlanılan şəxslə bağlı yeni detallar
Fira Cəlilovanın bağ evinə basqın iddiasına DİN-dən açıqlama
Cəmiyyət 09:15
Fira Cəlilovanın bağ evinə basqın iddiasına DİN-dən açıqlama
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Səbaildə fərdi yaşayış evi yanıb
Cəmiyyət 20:29
Səbaildə fərdi yaşayış evi yanıb
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol