• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan “Boeing 737” təyyarələrindən imtina etdi

Azərbaycan “Boeing 737” təyyarələrindən imtina etdi
03.06.2019 11:55
Azərbaycan "Boeing” şirkəti ilə 10 ədəd "Boeing 737 MAX-8” təyyarəsinin alışını nəzərdə tutan müqaviləni ləğv edib.
Bu barədə "Azərbaycan Hava Yolları” QSC-nin bəyanatında deyilir:
"Biz rəsmi olaraq "Boeing 737 MAX-8” təyyarələrinin alışı planından imtina etmişik. Bu qərar həmin təyyarələrin təhlükəsizliyi ilə bağlıdır və müvafiq müqaviləni ləğv etdik”.

Xatırladaq ki, 2017-ci ilin aprelində Azərbaycanın "Silk Way Airline” aviaşirkəti və "Boeing” arasında 10 ədəd "Boeing 737 MAX-8” sərnişin təyyarəsinin alışı haqqında müqavilə imzalanmışdı. Bu hava gəmilərinin operatoru AZAL şirkəti olmalı idi. Razılaşmanın ümumi dəyəri təqribən bir milyard dollar təşkil edirdi. Azərbaycan müqavilə çərçivəsində təyyarələri üç il ərzində əldə etməli idi.
Hazırda AZAL "Boeing 787”, "Boeing 767”, "Boeing 757”, eləcə də, "Airbus 340”, "Airbus 320”, "Airbus 319” və "Embraer 190” təyyarələrini istismar edir.
Qeyd edək ki, son yarım il ərzində "Boeing 737 MAX” avialaynerinin iştirakı ilə iki qəza baş verib, ümumilikdə 346 nəfər həlak olub.
Mart ayının 10-da Əddis-Əbəbədən çıxan Efiopiya hava yolları şirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində 157 nəfər həyatını itirib. Qurbanlar arasında 33 ölkənin vətəndaşları yer alır.
Qəzadan sonra dünyanın 30-dan çox aviaşirkəti 737 MAX təyyarələrindən istifadədən imtina edib. Avropa İttifaqı, ABŞ, Rusiya və başqa ölkələr öz hava məkanlarında bu modeldən olan təyyarələrin uçuşuna qadağa qoyub.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Vətəndaşlar adlarını bir neçə dəfə dəyişə biləcəklər
Cəmiyyət 11:00
Vətəndaşlar adlarını bir neçə dəfə dəyişə biləcəklər
Fira Cəlilovanın bağ evində saxlanılan şəxslə bağlı yeni detallar
Cəmiyyət 09:49
Fira Cəlilovanın bağ evində saxlanılan şəxslə bağlı yeni detallar
Fira Cəlilovanın bağ evinə basqın iddiasına DİN-dən açıqlama
Cəmiyyət 09:15
Fira Cəlilovanın bağ evinə basqın iddiasına DİN-dən açıqlama
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Səbaildə fərdi yaşayış evi yanıb
Cəmiyyət 20:29
Səbaildə fərdi yaşayış evi yanıb
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol