Kürdəmirdə maşın velosipedçini vurub aşdı - Ölən və yaralılar var

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Belə ki, "AzSamand” markalı avtomobil velosipedlə qarşısına çıxan həmin kəndin sakini, 1982-ci il təvəllüdlü Ramil Mirələm oğlu Nadirovu vuraraq öldürüb, daha sonra isə idarəetməni itirib, yoldan çıxaraq aşıb. Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az
Son xəbərlər 
Daha çox 























