• $
  • €
  • ₽
  • ₺
  • £

Elmar Vəliyevin bağlı qapısı- İNDİ ONUN QARŞISI AVTOMOBİLLƏRİN PARK YERİDİR - FOTOLAR

Elmar Vəliyevin bağlı qapısı- İNDİ ONUN QARŞISI AVTOMOBİLLƏRİN PARK YERİDİR - FOTOLAR
29.05.2020 05:59
Bir zamanlar o küçədə özünün, ailəsinin və evinə gələn qonaqlardan başqa kimsənin avtomobili görünməzdi. Baxmayaraq, onunla bərabər o küçədə qonşuları da ondan əvvəl yaşayıb.
Amma onlar çarəsiz idilər. Söyüşcül başçsının qəzəbinə tuş gəlməmək üçün "lənət şeytana” deyib, evlərinə girirdilər.
Halbu ki, Elmarın onlara qonşu gəldiyini eşidəndə çox sevinmişdilər. Çünki, şəhərin yeni rəhbəri ilə qonşu olmaq hər sakinə nəsib olmur.
Amma bu sevinci Vəliyev öz qonşularına belə çox gördü.

Əvvəlcə öz villasını inşa etdirdi. Sonra həyətini genişləndirmək fikrinə düşdü. Qonşularına mənzillərini ona satmalarını tələb etdi.
Zorən razılaşanlar oldu. Amma o evini belə hallalıqla tikmədi. Evini, torpağını ona satanların pullarının bir qismini vermədi.
Gəncə məhkəmələri isə o adamların iddialarını icraata götürməkdən imtina etdi. Çarəsiz, biçarə gəncəlilər "ilahi ədalət var” deyə gözlədilər.
Dostoyevski   "Bəşəriyyətin səadətini təmin edəcək bir sarayın tikintisində məsum bir körpənin göz yaşı axacaqsa, o saray tar-mar olacaq” fikrini sanki bu adam üçün yazmışdı.
Elmarın uçurub, dağıtdığı o evlərdə bəlkə də nə qədər məsum körpənin göz yaşı axmışdı.
O göz yaşları Elmarın sarayının qapısını bağlı qoydu.
İndi  o villanın tikildiyi küçə qələbəliyi xatırladır. Park edilən avtomobillər, siqnal səsləri və gündəlik çörək puluna dayanan "parkovşik”…

O villa Gəncəyə rəhbər təyinatından sonra 40 günə inşa olunmuşdu və qısa zamanda tam şəraiti ilə Vəliyevlər ailəsinin ixtiyarına verilmişdi.
Bir zamanlar nəinki, yaşadığı mənzilin qarşından keçmək, ona baxanda belə polis və qoruyucular tərəfindən sorğu-suala tutulanlar var idi. İndi bunlar yoxdu. İnsanlar sakit həyatlarını yaşayır. Nə onları hədələyən polislər, nə də o polisləri küçə söyüşləri ilə söyən Elmar və Məharət cütlüyü var.
 
Deyirlər evindən küsüb, gəlmir.
Qapısı bağlıdır. Evinin işıqları yanmır. Darvazasının tutacaqları belə  toz içindədir.

Heç kəsin qapısının bağlanmaması diləyi ilə

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol