• $
  • €
  • ₽
  • ₺
  • £

Toy üçün qurulmuş mağarı yasına nəsib olan şəhidimiz Teymur Qasımov - FOTO

Toy üçün qurulmuş mağarı yasına nəsib olan şəhidimiz Teymur Qasımov - FOTO
29.05.2020 05:55
Aprel döyüşlərində şəhid olan hər igidin öz həyat tarixçəsi var. Teymur Qasımovun qısa , lakin şərəfli həyat tarixçəsi ilə maraqlanarkən mən daha çox təsirləndim. Ürəyimin başına od düşdü.  Onun haqqında yazmağa dündən bəri çalışsam da  barmaqlarım klaviaturanın dillərinə toxunan kimi gözümdən yaş süzülürdü. Nəhayət bu gün bütün gücümü toplayıb bu yazını sizlərə təqdim edəcəyimə özümə söz verdim.
04 yanvar 1992-ci ildə Mingəçevir şəhərində dünyaya gələn Teymur Qasımov Mingəçevir İnternat məktəbinin məzunu olub. Bəlkə də neçə gözəlin qəlbini övsunlamışdı Teymur Ciddi görkəmi, ürəkyaxan baxışları ilə.  Öz tay-tuşları arasında böyük hörməti olan bu gənc həm də idmançı idi. Vətən sevgisi, torpaq yanğısı onu  hərb sahəsindən uzaqlaşmağa imkan vermədi. 2012-ci ildən Müddətdən Artıq Xidmət Edən (MAXE) hərbi qulluqçu, 2013-cü ildən isə gizir kimi vətənə xidmət etməyə başladı. Ən yaxın dostu Beyləqanlı balası Şahin Cavadzadə idi. Onlar imkan düşən kimi boş zamanlarını bir yerdə keçirirdilər. Arzularından, gələcək planlarından danışırdılar. Yəqin ki, qəlbini ovsunlayan, evinin xanımı olacaq qızın haqqında da ilk dostu bilmişdi. Teymur toya hazırlaşırdı.
Könlüm düşdü diyar-diyar
Bir kəkliyin sorağına.
Mən yalvardım, o qonmadı
Məhəbbətin budağına.
.
Meyl etmədim hər gözələ,
Sədaqətim düşdü dilə.
Mən and içdim ildən-ilə
Könül verdim ildən-ilə
İlk eşqimin növrağına…
Toy olacaqdı. Yeni bir ailənin təməli qoyulacaqdı. Teymurun da oğlu, qızı olacaqdı. O, da övladlarının əlindən tutub baxçaya, məktəbə aparacaqdı… xəyallar, xəyallar… Teymurun ağına belə gəlməzdi ki, Qarabağ müharibəsi tarixində mühüm mərhələ olan Aprel döyüşlərini tarixə yazmaq üçün onun da qanı lazım olacaq bu Vətənə. Bəli igidlərin qanı ilə yazıldı tariximizin şanlı səhifələrinə bu döyüş.
…. Teymur Qasımov əzmlə vuruşurdu. Axı əlləri xınalı gəlini onun yolunu gözləyidi. ” Axı gözü yolda qalanın var. Axı sən söz vermisən dönəcəyinə” . Qeybdən bir səs pıçıldayırdı sanki, qulağına bunları, onu daha əzmlə döyüşməyə məcbur edirdi. 2016-cı ildə aprel döyüşləri zamanı Tərtər rayonunun Talış kəndindəki yüksəklik uğrunda gedən döyüşlərdə neçə oğlanlar şəhidlik yüksəkliyini fəth etdi. Onlar arasında Teymur Qasımov da var idi. Şəhid 9 aprel 2016-cı ildə  Mingəçevir şəhərindəki Şəhidlər Xiyabanında dəfn  olundu. Toyu üçün görülən hazırlıq yas məclisinə qismət oldu. İki sevgi arasında seçim edən Teymur sevgilisinə vəfasız çıxdı. Onunla  kəsdiyi əhd-peymanı pozaraq Vətən torpağını qucaqladı… (aztimes.az)
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol