• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda bir ilk - unikal əməliyyat

Azərbaycanda bir ilk - unikal əməliyyat
21.08.2014 15:22
Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) həkimləri növbəti ilkə imza atıblar.Teleqraf.com xəbər verir ki,  illər boyu Tiroidin onurğa beynini ciddi kompressiya edən  və ağ ciyərə kompressiya edən giqant metastazdan (30 sm-dən böyük ) əziyyət çəkən 1957-ci təvəllüdlü Hacıyev Safalat Əmir Soltan oğlu əməliyyat olunaraq artıq rahat həyat tərzinə davam edə bilər.Bildirilir ki, Zaqavqaziyada ilk dəfə icra edilən əməliyyat 15 saatdan çox çəkib, lakin ixtisaslı həkim heyəti – neyrocərrah Elşən Ağabalayev, torakal cərrah Elmar Məmmədov və həkim-otorinolarinqoloq Araz Əliyev əməliyyatı uğurla həyata keçiriblər. Əməliyyatın çətinliyi ondan ibarət olub ki, xəstə üzərində ardıcıl olaraq bir neçə əməliyyat keçirilib, tiroid vəzisi götürülüb, 8-ci döş fəqərəsi total (spondilektomiya), 7-ci döş fəqərəsi yarımçıq (oblik korpektomiya), həmçinin 4 qabırğa çıxarılıb, daha sonra onurğa sütunun və döş qəfəsinin  rekonstruksiyası aparılıb.

Hazırda xəstənin vəziyyəti normaldır, həkimlərin sözlərinə görə, vəziyyəti stabildir və 1 həftədən sonra evə buraxılacaq.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol