• $
  • €
  • ₽
  • ₺
  • £

Anar Həsənov: " Dördüncü rüb üzrə maliyyə hesabatı AccessBank – ın stabil və müsbət dinamika üzrə inkişafını təsdiq edir. "

Anar Həsənov: " Dördüncü rüb üzrə maliyyə hesabatı AccessBank – ın stabil və müsbət dinamika üzrə inkişafını təsdiq edir. "
29.05.2020 08:43
Bazarda mikro, kiçik və orta biznes kreditləri üzrə lider olan AccessBank 2019 – cu ilin dördüncü rübü üzrə maliyyə hesabatını açıqlayıb.

Rüb ərzində AccessBank-ın aktivləri 73,610 mln. manatlıq artım nümayiş etdirərək 897.886 mln. manata çatıb.

AccessBank-ın kredit portfeli artım nümayiş etdirib. Sentyabr ayının sonuna 498.979 mln. manat həcmində olan xalis kredit portfeli dördüncü rübün yekununa 536.428 mln. manata yüksəlib ki, bu da 37.449 mln. manat artımdan xəbər verir. Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılan məqsədli ehtiyatları nəzərə almasaq, bankın ümumi kredit portfeli 610,958 mln. manat təşkil edib. Həmçinin qeyd etmək lazımdır ki, 99.8% kreditlər manat valyutasında verilmişdir.

Rüb ərzində depozit portfeli də mühüm artım nümayiş etdirib. Belə ki, bankın depozit portfeli 14.247 mln. manat artaraq 660.960 mln. manata çatıb. Xüsusilə vurğulamaq istərdik ki, cari ilin əvvəlindən bankın depozit portfeli 159.822 mln. manat artıb. 

Dördüncü rübün sonuna bank 13.782 mln. manat həcmində xalis əməliyyat mənfəəti əldə edib. Qeyd olunan rübün sonuna bankın gəlirləri 76.055 mln. manata çatıb ki, bu da ötən rüblə müqayisədə 16.063 mln. manat deməkdir.

Hazırda bankın məcmu kapitalı 76.090 mln. manat təşkil edir ki, bu da requlyativ normadan (50 milyon manat) 26.090 mln. manat çoxdur.

Dekabr ayının sonuna bankın ani likvidlik əmsalı 66.35% təşkil edir ki, bu da normadan (30%) təxminən 2.2 dəfə çoxdur.

Maliyyə göstəricilərini şərh edən AccessBank-ın İdarə Heyətinin sədri Anar Həsənov bildirib: "Dördüncü rüb üzrə maliyyə hesabatı AccessBank – ın stabil və müsbət dinamika üzrə inkişafını təsdiq edir. Bankın Noyabr və Dekabr ayları üzrə gəliri 7 mln manatdan çox olmuşdur. AccessBank müştərilərin etibarlı tərəfdaşı qalmaqda davam edir. Bütün bunlar komandamızın dinamik, məhsuldar və çalışqan fəaliyyəti nəticəsində mümkün olmuşdur. Əsas məqsədimiz – sahibkarlarla effektiv əlaqələrin qurulması və onların inkişafına hərtərəfli dəstək göstərməkdir".


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anar Bayramov direktoru işdən çıxarıb
Cəmiyyət 14:56
Anar Bayramov direktoru işdən çıxarıb
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəmiyyət 14:42
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəlilabadda 6 kəndin işığı kəsilib
Cəmiyyət 14:28
Cəlilabadda 6 kəndin işığı kəsilib
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol