• $
  • €
  • ₽
  • ₺
  • £

Vahid Ələkbərovun oğlu ehtiyacı olan ailələrə 10 milyon rubl ayırdı

Vahid Ələkbərovun oğlu ehtiyacı olan ailələrə 10 milyon rubl ayırdı
24.04.2020 13:33
Özünütəcrid rejimi dövründə qida məhsullarına ehtiyacı olan Moskva sakinlərinə kömək üçün "LukOIL” şirkətinin prezidenti Vahid Ələkbərovun oğlu, biznesmen Yusif Ələkbərov sosial yardım şəklində 10 milyon rubl (226 194 manat) vəsait ayırıb.

Bu barədə Lenta.ru Moskvanın "Ya doma” ("Mən evdəyəm”) adlı xeyriyyə layihəsi və Moskva hökumətinin Əmək və Sosial Müdafiə Departamentinin nəzdində fəaliyyət göstərən Əlil Uşaqları və Əlil Gəncləri Tərbiyə edən Valideynlərin İctimai Şurasına istinadən məlumat yayıb.

Yardım ediləcək insanlar kateqoriyasına ilk növbədə məhdud hərəkət qabiliyyətli insanlar, çoxuşaqlı ailələr, yaşlılar və əlil uşaqları olan ailələr daxildir. İlkin zərurət məhsullarından hər bir ailə üçün 24 kiloqramlıq bağlamalar hazırlanıb. Beləliklə, dörd min ehtiyacı olan ailə yardım alacaq.
Artıq yardım almış ailələr Yusif Ələkbərova minnətdarlıqlarını bildiriblər.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Azərbaycanda iki gündə 83 cinayət açılıb - DİN
Cəmiyyət 10:20
Azərbaycanda iki gündə 83 cinayət açılıb - DİN
Qadın sürücülərin sayı artır, kişilərin sayı azalır - statistika
Cəmiyyət 10:03
Qadın sürücülərin sayı artır, kişilərin sayı azalır - statistika
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol