“Tarqovı”da oturmaq qadağan edilib

Bakının mərkəzi Nizami küçəsində olan oturacaqlar lentlənib.
"Qafqazinfo” xəbər verir ki, küçəyə giriş qadağan edilməsə də, oturacaqlarda əyləşməyə icazə verilmir.
Xatırladaq ki, bir neçə gün əvvəl Bakı şəhər Baş Polis İdarəsindən "Qafqazinfo”ya bildirilmişdi ki, sosial şəbəkələrdə küçənin bağlanılması ilə bağlı yayılmış məlumat həqiqəti əks etdirmir.
www.anews.az
























