Neyrocərrahiyyə Xəstəxanasının həkimləri cəbhə bölgəsinə ezam olunub

Respublika Neyrocərrahiyyə Xəstəxanasının rəhbərliyinin təşəbbüsü ilə xəstəxananın bir qrup həkimi cəbhə bölgəsinə ezam olunub.
Xəstəxanadan Anews.az-a verilən məlumata görə, həkimlər cəbhə zonasındakı müxtəlif xəstəxana və hospitallarda əsgər və zabitlərin, eləcə də döyüş bölgəsinə yaxın ərazilərdə yaralanmış mülki şəxslərin sağlamlığına qovuşması üçün fəadakarlıq göstərirlər.
www.anews.az
























