• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell-in Mobil Göz klinikası “Ümümdünya Görmə Günü” münasibəti ilə şəhid ailələri, məcburi köçkün və qaçqınları müalicə edəcək

Azercell-in Mobil Göz klinikası “Ümümdünya Görmə Günü” münasibəti ilə şəhid ailələri, məcburi köçkün və qaçqınları  müalicə edəcək
08.10.2020 16:51
Fəaliyyət dövrü ərzində daima sosial yönümlü addımlar ataraq Azərbaycan xalqının yanında olan "Azercell Telekom” MMC, 8 oktyabr "Ümümdünya Görmə Günü” münasibətilə növbəti xeyirxah təşəbbüsü həyata keçirir. Lider mobil operator vətənimizin ərazi bütövlüyü uğrunda mübarizə apardığı bu həssas zamanda torpaqlarımızın müdafiəsində dayanıb, canından keçmiş igid şəhidlərimizin ailələri, sərhədlərimizi qoruyan cəsur Qarabağ müharibəsi iştirakçıları və qazilərimiz, eləcə də illərdir öz daimi yaşayış yerlərindən məhrum olub, qaçqın və məcburi köçkün statusunda yaşayan vətəndaşlarımız üçün ödənişsiz göz müayinələri və müalicələri təşkil edir.
 
Müayinələr bu gün saat 9:00-dan 14:00-dək Masazır qəsəbəsi, N.Tusi küçəsi, 6 ünvanında Azercell-in ən müasir oftalmoloji avadanlıqlarla təchiz olunmuş "Mobil Göz Klinikası” və "Xəzər Qayğıkeşlik Layihəsi” İctimai Birliyinin klinikasında həyata keçirilir. Layihə çərçivəsində göz xəstəliklərinin diaqnostikası, profilaktikası və müalicəsi kimi xidmətlər ödənişsiz əsaslarla göstərilir. Ehtiyac yarandığı təqdirdə müraciət edənlərə optik eynəklər də paylanılır. Qeyd edək ki, xidmətlərdən yararlanmaq üçün vətəndaşlardan müvafiq kateqoriyaya aid olmalarını təsdiq edən sənədi göstərmək xahiş edilir. Müayinələr zamanı koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində təstiq edilmiş bütün tələblərə də riayət edilir.
 
"Azercell Telekom” MMC torpaqlarımızın keşiyində cəsurca duran hər bir hərbçimizə, onların ailələrinə dərin təşəkkürünü bildirir!  2010-cu ildən fəaliyyətə başlayan Azercell-in Mobil Diş və 2011–dən çalışan Mobil Göz klinikaları bu günə qədər minlərlə xüsusi qayğıya ehtiyacı olan vətəndaşı, kimsəsiz uşaqları və aztəminatlı ailələri müalicə edib.
 
Xatırladaq ki, bu gün dünyada 2.2 milyardan çox insan görmə qüsurlarından və ya korluqdan əziyyət çəkir ki, onlardan 1 milyardı məhz ilkin səhiyyə xidmətlərindən yararlanmadıqları üçün bu problemlə üzləşib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol