• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistana silah daşıyan yük maşını Gürcüstan sərhədində saxlanıldı

Ermənistana silah daşıyan yük maşını Gürcüstan sərhədində saxlanıldı
10.10.2020 14:02
Ermənistana silah daşıyan mülki yük maşını Gürcüstan-Ermənistan sərhədində saxlanılıb. 

Anews.az xəbər verir ki, bu barədə Minval.az etibarlı mənbələrə istinadən məlumat verib. Hərbi mütəxəssislər fotoşəkillər və video materiallara istinad edərək bildirib ki, yük maşınında hərbi avtomatik idarəetmə sistemi quraşdırılmış avtomobil daşınıb. Qeyd olunub ki, bu qurğu komanda məntəqələrində quraşdırıla və qoşunları idarə etmək, bölmələrin hərəkətlərini əlaqələndirmək, raket qüvvələri və topçu birliklərinin atəşinə nəzarət etmək üçün istifadə edilə bilər.

Onu da qeyd edək ki, hərbi avtomatik idarəetmə sistemi Ermənistan nəqliyyat şirkəti "Spayka"ya məxsus mülki yük maşınları ilə daşınıb. Hərbi texnikanın quraşdırıldığı avtomobil mülki bağlamalarla üstü örtülü şəkildə yük qoşqusunun arxasına yerləşdirildiyi aşkarlanıb.

Bu onu göstərir ki, Ermənistanın hakimiyyət orqanlarının Gürcüstanın öz ərazisindən hərbi yük daşınmasına qoyduğu qadağanı açıq şəkildə pozmağa davam edir. Ayrıca, ölkəyə silah qaçaqmalçılığı cəhdləri göstərir ki, rəsmi İrəvan, təəssüf ki, hərbi təxribat siyasətindən əl çəkməyib və münaqişənin sülh yolu ilə həllinə meylli deyil.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Cəmiyyət 15:27
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Müştərilərə yanlış məlumat verən “Deluxe City Hotel” cərimələnib
Cəmiyyət 15:10
Müştərilərə yanlış məlumat verən “Deluxe City Hotel” cərimələnib
23 məktəbə direktor təyinatı olub
Cəmiyyət 13:02
23 məktəbə direktor təyinatı olub
Şəkidə qadın dəfn edilib, ailəsi isə ölüm haqqında şəhadətnamə ala bilmir
Cəmiyyət 12:46
Şəkidə qadın dəfn edilib, ailəsi isə ölüm haqqında şəhadətnamə ala bilmir
Azərbaycanda qadınlar kişilərdən daha çox savadsızdır - regional statistika
Cəmiyyət 12:19
Azərbaycanda qadınlar kişilərdən daha çox savadsızdır - regional statistika
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:06
Sabahın hava proqnozu açıqlanıb
İmişli və Saatlının 8 kəndində qaz təchizatı dayandırılıb
Cəmiyyət 11:26
İmişli və Saatlının 8 kəndində qaz təchizatı dayandırılıb
Naxçıvanda Vasif Talıbovun imzaladığı 47 fərman ləğv edilib
Cəmiyyət 11:24
Naxçıvanda Vasif Talıbovun imzaladığı 47 fərman ləğv edilib
Naxçıvan MR Qaz İstismar Xidməti ləğv edilib
Cəmiyyət 10:48
Naxçıvan MR Qaz İstismar Xidməti ləğv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol