• $
  • €
  • ₽
  • ₺
  • £

PKK Qarabağda Azərbaycana qarşı necə savaşır? - FOTOLAR

PKK Qarabağda Azərbaycana qarşı necə savaşır? - FOTOLAR
15.10.2020 14:33
Bu gün təcavüzkar Ermənistan işğal altında olan Azərbaycan torpaqlarında—Dağlıq Qarabağda PKK və ASALA terror təşkilatlarının silahlı üzvlərinin Birinci Qarabağ savaşında döyüşməsi ilə bağlı kiafayət qədər faktlar var.
 
Bu gün də hazırda Qarabağda gedən döyüşlərdə işğalçı ölkə bu terror təşkilatları, xüsusilə də PKK-çıları bölgəyə cəmləşdirməsi davam edir. Bu gün sosial mediada yayılan informasiya və paylaşımlarda da Dağlıq Qarabağda PKK mənzərələrini görmək olar.
 
Demoqrafik baxımdan tükənən və monoetnik olan Ermənistan daim hüquqlarını pozduğu yezidi kürdlərə və eləcə də xaricdən PKK terrorçularına ümid bəsləyir, onlardan dəstələr yaradaraq cəbhəyə göndərir. Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının başlamasından sonra Ermənistanda yaşayan yezidi kürdlərinin icmasının könüllülərindən ibarət dəstə yaradılıb.
 
Erməni mediasının yaydığı məlumata görə, kürd əsilli deputat Rüstəm Bakoyan açıqlamasında dəstənin Aknaliç kəndində onlara məxsus məbəddə formalaşdırıldığını açıqlamışdı. Dağlıq qarabağda separatçı rejim rəhbəri Araik Harutyunyan döyüşçülərlə görüşlərinin birində kürdlərdən ibarət dəstə ilə görüşdüyünü etiraf etmişdi. Bu gün isə Ermənistan parlamentinin "Mənim addımım” partiyasının kürd əsilli deputatı Rüstəm Bakoyan öz feysbuk səhifəsində Qarabağda döyüşən kürd əsilli silahlıların şəklini paylaşıb.
 
Şəkildə qadın silahlıya ünvanlanan statusda deputat onun tezliklə sağalmasını arzu edib. "Tez sağal, yezidi qadını.” Paylaşıma rəy yazanlardan biri yaralanmış qadının Dilbər Hasmik Xudoyan olduğunu bildirərək, onun feysbuk hesabını paylaşıb. Zaman-zaman beynəlxalq mediada, eləcə də Türkiyə mediasında işğal altında olan Azərbaycan ərazilərində PKK-nin düşərgələr quraraq təlim keçməsi və bunun tək Azərbaycana deyil, eyni zamanda regionun təhlükəsizliyi üçün təhdid olması gündəmə gətirilib. Qarabağda hərbi əməliyyatların gedişində DTX-nin işğalçı ölkə olan Ermənistanın Suriya və İraq kimi ölkələrdən cəlb etdiyi muzdlu silahlıların Qarabağda döyüşdüyünü sübut edən səs yazısını ictimaiyyətə təqdim etməsi də Azərbaycanın işğal altında olan ərazilərində PKK izinin olmasına daha bir sübut hesab etmək olar.
 
Hazırda sosial mediada Qarabağda cəbhə bölgəsindən paylaşılan bir sıra fotolar da PKK izinə doğru aparır.



 
Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidməti

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müştərilərə yanlış məlumat verən “Deluxe City Hotel” cərimələnib
Cəmiyyət 15:10
Müştərilərə yanlış məlumat verən “Deluxe City Hotel” cərimələnib
23 məktəbə direktor təyinatı olub
Cəmiyyət 13:02
23 məktəbə direktor təyinatı olub
Şəkidə qadın dəfn edilib, ailəsi isə ölüm haqqında şəhadətnamə ala bilmir
Cəmiyyət 12:46
Şəkidə qadın dəfn edilib, ailəsi isə ölüm haqqında şəhadətnamə ala bilmir
Azərbaycanda qadınlar kişilərdən daha çox savadsızdır - regional statistika
Cəmiyyət 12:19
Azərbaycanda qadınlar kişilərdən daha çox savadsızdır - regional statistika
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:06
Sabahın hava proqnozu açıqlanıb
İmişli və Saatlının 8 kəndində qaz təchizatı dayandırılıb
Cəmiyyət 11:26
İmişli və Saatlının 8 kəndində qaz təchizatı dayandırılıb
Naxçıvanda Vasif Talıbovun imzaladığı 47 fərman ləğv edilib
Cəmiyyət 11:24
Naxçıvanda Vasif Talıbovun imzaladığı 47 fərman ləğv edilib
Naxçıvan MR Qaz İstismar Xidməti ləğv edilib
Cəmiyyət 10:48
Naxçıvan MR Qaz İstismar Xidməti ləğv edilib
Heyvandarlıq və quşçuluq müəssisələrinin layihələndirilməsi üzrə yeni normalar təsdiqlənib
Cəmiyyət 10:30
Heyvandarlıq və quşçuluq müəssisələrinin layihələndirilməsi üzrə yeni normalar təsdiqlənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol