• $
  • €
  • ₽
  • ₺
  • £

Tullantıların idarə olunması ilə bağlı layihənin icrası davam edir

Tullantıların idarə olunması ilə bağlı layihənin icrası davam edir
15.10.2020 15:52
"Ekoleks” Ekoloji Hüquq Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılması istiqamətində tədbirlərin təşkili” adlı layihəsini Sumqayıt şəhərində icra edir.

Anews.az xəbər verir ki, layihənin məqsədi plastik qablaşdırma tullantılarının yaranmasının qarşısının alınması, istifadədə olan plastik qablaşdırmanın təkrar istifadəsi, istifadəsi mümkün olmayan tullantıların isə emalı ilə ətraf mühitə təsirlərin azaldılmasıdır.

Layihənin icra qrupu tərəfindən plastik qablaşdırma tullantılarının idarə edilməsinin beynəlxalq təcrübəsi araşdırılıb və öyrənilib. Sumqayıt şəhərinin nümunəsində Azərbaycanda bərk məişət tullantılarının, o cümlədən plastik qablaşdırma tullantılarının idarə edilməsi qaydası, Azərbaycanda qəbul edilmiş siyasi sənədlər və ölkənin iqtisadiyyatının inkişafı və ətraf mühitin mühafizəsi hədəfləri əsas götürülərək istehsalçının genişləndirilmiş məsuliyyəti əsasında Azərbaycan üçün plastik qablaşdırma və onların tullantılarının modeli hazırlanıb və əsaslandırılıb. Hazırlanmış model mütəxəssislərlə və ictimaiyyət nümayəndələri ilə fərdi məsləhətləşmələr aparılaraq müzakirə edilib.

Layihə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və bir sıra qablaşdırma məhsullarını istehsal və idxal edən şirkətlərin iştirakı ilə Sumqayıt şəhərində "Asan Könüllülər” tərəfindən icra olunan pilot layihəsi ilə əlaqəli şəkildə həyata keçirilir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol