• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlılar Qarabağda ermənilərlə birgəyaşayışın mümkün olacağına inanmırlar - SORĞU

Azərbaycanlılar Qarabağda ermənilərlə birgəyaşayışın mümkün olacağına inanmırlar - SORĞU
22.12.2020 11:22
Sosial Tədqiqatlar Mərkəzi (STM) azərbaycanlılarla ermənilərin birgəyaşayışına və müharibənin yenidən başlamasına münasibəti öyrənmək üçün əhali arasında sorğu keçirib.


Anews.az xəbər verir ki, sorğuda təsadüfi üsulla seçilmiş 603 respondent iştirak edib.


Sorğunun aparılmasında telefon müsahibəsi üsulundan istifadə olunub.


Tədqiqat Bakı, Abşeron və 7 iqtisadi rayon üzrə (Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran, Quba-Xaçmaz, Aran, Dağlıq Şirvan, Yuxarı Qarabağ) şəhər, rayon və kənd əhalisi arasında aparılıb.


Seçmənin sayı əsasında statistik xəta əmsalı 2,8%, əminlik dərəcəsi 95%-dir.
Tədqiqat 2020-ci ilin 1-4 dekabr tarixlərində keçirilib. Telefon zəngləri saat 10:00-21:00 arasında keçirilmişdir.


Sorğunun orta keçirilmə müddəti 12 dəqiqə 15 saniyədir.


Sorğuda iştirak edən respondentlər əhalinin bütün sosial-demoqrafik qruplarını təmsil edib.


Əhalinin mühüm bir hissəsi (66.2%) Qarabağın inzibati ərazilərində azərbaycanlılarla ermənilərin birgəyaşayışının heç zaman mümkün olmayacağını, 19.4% isə bir neçə ildən sonra mümkün ola biləcəyini düşünür. Cəmi 4.8% respondent hesab edir ki, bu, yaxın gələcəkdə mümkündür.


Qadınlar (74.4%) kişilərlə (58.0%) müqayisədə azərbaycanlılarla ermənilərin birgəyaşayışının heç zaman mümkün olmayacağını qeyd edib. Bunun əksinə kişilər (25.5%) qadınlardan fərqli olaraq (13.3%) birgəyaşayışın bir neçə ildən sonra mümkün ola biləcəyini düşünür.


Ermənilərlə birgəyaşayışın mümkün olmayacağını bildirən gənclər digər yaş qrupundan olan respondentlərlə müqayisədə üstünlük təşkil edir.


Şəki-Zaqatala və Yuxarı Qarabağ əhalisinin 80.0%-dən çoxu birgəyaşayışın əleyhinə mövqe sərgiləyib. Abşeronda yaşayanların da əhəmiyyətli hissəsi eyni rəyi bölüşür (73.7%).


Birgəyaşayışın qeyri-mümkünlüyünü ümumi orta təhsillilərin 75.0%-i, peşə-ixtisas/kollec məzunlarının 71.7%-i, tam orta təhsillilərin 69.0%-i, ali təhsillilərin isə 57.7%-i bölüşür.


Nəzərə çatdıraq ki, Sosial Tədqiqatlar Mərkəzi tərəfindən 09-13 oktyabr 2020-ci il tarixlərində məcburi köçkünlər arasında keçirilən "Qarabağa Böyük Qayıdış” sorğusunda məcburi köçkün respondentlərin 72.0%-i digər etnik azlıqlar kimi Qarabağda erməni əhalisi ilə birgəyaşayışın qeyri-mümkün olduğunu düşünsə də, cəmi 14.0% bu halın yalnız uzun müddətdən sonra mümkün olacağı qənaətində idi. Sözügedən sorğuda həmçinin 90.3% respondent şəxsən özünün gələcəkdə o torpaqlarda ermənilərlə birlikdə yaşamayacağını, təxminən 8% respondent isə yaşaya biləcəyini bildirmişdi.


Cəmiyyətin daha böyük bir hissəsi (66.0%) Ermənistanla Azərbaycan arasında hərbi münaqişənin bir daha yenidən alovlanmayacağını düşünməsə də, 28.6% respondentin bunun əksini düşünməsi narahatedici məqamdır. Başqa sözlə, bu nəticə əhalinin müəyyən qisminin (28.6%) münaqişənin tam bitməməsini düşündüyündən xəbər verir.


Gənclər arasında Ermənistanla Azərbaycan arasında hərbi münaqişənin yenidən alovlanacağını düşünənlər digər yaş qrupları ilə müqayisədə üstünlük təşkil edir. Belə ki, gənc respondentlərin 37.3%-i hərbi münaqişənin yenidən alovlanacağını düşünür.



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fazil Mustafa: Naxçıvana ayrılan dotasiyanın azaldılması doğru addım deyil
Cəmiyyət 11:30
Fazil Mustafa: Naxçıvana ayrılan dotasiyanın azaldılması doğru addım deyil
Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanılıb
Cəmiyyət 11:13
Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanılıb
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu xəstəlikdən vəfat edib
Cəmiyyət 10:53
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu xəstəlikdən vəfat edib
Məişət zorakılığı zəminində qəsdən adam öldürmə halları 26,2% artıb
Cəmiyyət 09:50
Məişət zorakılığı zəminində qəsdən adam öldürmə halları 26,2% artıb
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol