Nazir özünə ad günü keçirən direktora şiddətli töhmət verdi

Təhsil naziri Emin Əmrullayev karantin rejimini kobud şəkildə pozaraq özünə dəbdəbəli ad günü keçirən 187 saylı tam orta məktəbin direktoru Nailə Məmmədovaya şiddətli töhmət verib.
Bu barədə Anews.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.
Qeyd edək ki, Nailə Məmmədovanın ad gününü əks etdirən video sosial şəbəkələrdə yayılıb. Sözügedən görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən etirazla qarşılanıb.
www.anews.az
Son xəbərlər 
Daha çox 























