• $
  • €
  • ₽
  • ₺
  • £

COVİD peyvəndi Azərbaycana nə vaxt GƏTİRİLƏCƏK?

COVİD peyvəndi Azərbaycana nə vaxt GƏTİRİLƏCƏK?
22.12.2020 22:16
Vaksinlərin ölkəmizə gətirilməsində iki istiqamət müəyyən edilib”.

Anews.az  xəbər verir ki, bu barədə "Mir Şahinin vaxtı” verilişində TƏBİB sədri Ramin Bayramlı deyib. Onun sözlərinə görə, onlardan biri çoxtərəfli platformadır:

"QAVİ (Qlobal vaksinasiya və immunizasiya) alyansı deyilən bir alyans var. Həmin alyans bu il may ayında COVAX adlı bir təsisat yaradıb. Həmin təsisat çərçivəsində təxminən 180-ə yaxın ölkə oraya qoşulub və vaksinlərin çoxtərəfli platformada əldə olunması üçün təşəbbüs irəli sürülüb. Bu təsisatın əsas məqsədi ondan ibarətdir ki, dünyanın bütün ölkələrində vaksinlər ədalətli paylansın.

Azərbaycan da özünümaliyyələşdirən ölkələr qrupunda buraya daxil olub və geniş müzakirələrdən sonra COVAX təsisatına qoşulmuşuq. Koronavirusla mübarizəyə dəstək fondunun ictimaiyyətə nəzarət şurasının da toplantısında biz məruzə etmişik və şura üzvlərinin də icazəsi ilə ilkin ödənişlər olunub. COVAX təsisatı çərçivəsində ölkəmizə önümüzdəki il vaksinlərin təklif olunacağını gözləyirik.
 
Bu təsisat çərçivəsində vaksini əldə edən ilk ölkələrdən biri olacağıq.
Digər istiqamətimiz isə ikitərəfli danışıqlardır. Bu gün təxminən 30-a yaxın vaksin tədqiqatçısının 7-8-i ön plana çıxıb. Onlardan da 5-i daha ön plana çıxıb və 3-cü klinik faza mərhələsinə daxil olub. Biz də bu tədqiqatçıların təmsil olunduğu şirkətlərlə daim ünsiyyətdəyik və ikitərəfli danışıqlarımız gedir.

Vaksinlərin əldə olunması önümüzdəki ilin yanvar ayında gözlənilir. Dəqiq tarix məlum olan kimi ictimaiyyətə açıqlanacaq. Burada bizim üçün ən vacib meyar təhlükəsizlik meyarıdır”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol