• $
  • €
  • ₽
  • ₺
  • £

Salyanda saxlanılan vəzifəli şəxsə cinayət işi açıldı

Salyanda saxlanılan vəzifəli şəxsə cinayət işi açıldı
23.01.2021 15:23
Pandemiya dövründə COVİD-19 virusunun yayılmasının qarşısının alınması, onun törədə biləcəyi fəsadların aradan qaldırılması və bu kimi əhalinin sağlamlığının qorunmasına yönəlmiş effektiv dövlət siyasətinə yol verdikləri korrupsiya hüquqpozmaları ilə ziyan vuran vəzifəli şəxslərin ifşa olunması istiqamətində prokurorluq orqanlarının kompleks tədbirləri davam etdirilir.

Baş Prokurorluqdan "Qafqazinfo"ya verilən məlumata görə, belə tədbirlərdən biri kimi, Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində işləyən Abuşov İntiqam Mirzağa oğlunun qanunsuz hərəkətləri barədə toplanmış materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə cinayət işi başlanmışdır. Belə ki, aparılmış təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri ilə İntiqam Abuşovun COVİD-19 pandemiyası ilə əlaqədar rəhbərlik etdiyi Mərkəzdə işləyən həkim heyətinə əlavə hesablanan əmək haqlarının bir qismini qeyri-qanuni yolla onlardan tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, araşdırmalar zamanı İntiqam Abuşovun qanunsuz olaraq tabeliyində işləyən bir neçə işçilərlə əvvəlcədən razılaşaraq onlara məxsus əmək haqqı kartlarını özündə saxlamaqla, həmin şəxslərə köçürülən aylıq məvacibləri əldə etməsinə, eləcə də, tabeçiliyindəki əməkdaşların mütəmadi olaraq işə gəlməməklə əmək stajının hesablanması şəraitinin yaradılması müqabilində 2013-2020-ci illər ərzində müxtəlif məbləğlərdə pul vəsaitini şəxsən və ya vasitəçidən istifadə etməklə onlardan rüşvət qismində almasına da əsaslı şübhələr müəyyən edilib.

Hazırda cinayət işi üzrə İntiqam Abuşovun digər qanunsuz hərəkətlərinin aşkar edilməsi, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi və vurulmuş ziyanın tam həcminin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir. İstintaqın nəticəsindən olaraq İntiqam Abuşovun və digər vəzifəli şəxslərin əməllərinə hüquqi qiymətin verilməsi təmin ediləcək.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Cəmiyyət 19:36
Şamaxıda yol qəzası olub,ölən və xəsarət alan var
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Cəmiyyət 16:25
Bakıda və bir sıra bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Cəmiyyət 16:05
Ağdaşda II Beynəlxalq Heyva Festivalı keçirilir
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Cəmiyyət 14:38
Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 13:56
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Sabahın hava proqnozu
Cəmiyyət 12:39
Sabahın hava proqnozu
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava
Cəmiyyət 12:05
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava
Bakının bir sıra yollarında sürət həddi endirilib
Cəmiyyət 12:01
Bakının bir sıra yollarında sürət həddi endirilib
"ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri iki gün işləməyəcək
Cəmiyyət 10:51
"ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri iki gün işləməyəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol