• $
  • €
  • ₽
  • ₺
  • £

Samir Nuriyev azad edilmiş ərazilərlə bağlı toplantı keçirdi

Samir Nuriyev azad edilmiş ərazilərlə bağlı toplantı keçirdi
03.03.2021 17:16
İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli üçün Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahının növbəti - 4-cü iclası keçirilib.

Anews.az xəbər verir ki, iclası açan Qərargahın rəhbəri, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Qərargahın fəaliyyətini dövlətimizin başçısının işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərinin aparılması üzrə müəyyənləşdirdiyi strateji istiqamətlərə və tapşırıqlara uyğun olaraq həyata keçirdiyini qeyd edib.

Qərargahın rəhbəri bildirib ki, ötən həftə yerli və xarici media nümayəndələri üçün keçirilmiş mətbuat konfransı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin ölkəmiz üçün taleyüklü məsələ olduğunu xüsusi olaraq vurğulayıb.

İclasda işğaldan azad edilmiş ərazilərdə həlledici əhəmiyyət kəsb edən minalardan təmizləmə, ölkə vətəndaşlarının qayıdışı, enerji təminatı və xüsusilə də "Yaşıl enerji” məsələləri, şəhərsalma və nəqliyyat infrastrukturunun inkişafı üçün qısa və uzunmüddətli planlar, "Ağıllı kənd” konsepsiyasının tətbiqi üzrə məruzələr dinlənilib və müvafiq təlimatlar verilib.




İclasda dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq işlərin planlı və ardıcıl surətdə aparılmasının vacibliyi vurğulanıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sumqayıtda avtomobil yanıb
Cəmiyyət 11:32
Sumqayıtda avtomobil yanıb
Qubada avtomobil aşıb, ölən və yaralılar var
Cəmiyyət 09:17
Qubada avtomobil aşıb, ölən və yaralılar var
Gəncədə avtomobil yanıb
Cəmiyyət 19:33
Gəncədə avtomobil yanıb
Cəlilabadda fərdi yaşayış evi yanıb
Cəmiyyət 17:43
Cəlilabadda fərdi yaşayış evi yanıb
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Cəmiyyət 16:12
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Güclü külək Bakıda fəsadlar törədib
Cəmiyyət 14:05
Güclü külək Bakıda fəsadlar törədib
Sabahın hava proqnozu
Cəmiyyət 12:26
Sabahın hava proqnozu
İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb
Cəmiyyət 11:54
İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb
DYP sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 11:41
DYP sürücülərə xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol