Lənkəranda kişi oğlu tərəfindən BIÇAQLANDI

Lənkəran şəhərində bıçaqlanma hadisəsi baş verib.
Anews.az apa-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
1972-ci il təvəllüdlü Vidadi Hüseynov yaşadığı evdə oğlu Əliqismət Hüseynov tərəfindən bıçaqlanıb. Xəsarət alan ata döş qəfəsinin daxilinə nüfuz edən kəsilmiş-deşilmiş yara diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Atasına bıçaq xəsarəti yetirən oğlun keçmiş məhkum olduğu bildirilir.
www.anews.az
























