• $
  • €
  • ₽
  • ₺
  • £

Elməddin Quliyevə YAP-da vəzifə verildi

Elməddin Quliyevə YAP-da vəzifə verildi
03.05.2021 14:15
Elməddin Quliyev Yeni Azərbaycan Partiyasının (YAP) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin olunub.

Anews.az xəbər verir ki, bu barədə E. Quliyev "Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.

E. Quliyev bildirib ki, artıq 5 ildən çox çalışdığı Dövlət Statistika Komitəsindəki işindən ayrılıb: "Ötən müddət ərzində dövlət qulluğunda üzərimə düşən vəzifə və öhdəlikləri bacardığım qədər əzmlə yerinə yetirməyə çalışdım. Ən böyük qazancım isə zəngin təcrübə və peşəkarlarla iş oldu. Dövlət Statistika Komitəsinin bütün strukturlarında çalışan dostlarıma gələcək fəaliyyətlərində uğurlar arzulayıram.  Qeyd edim ki, fəaliyyətimi bundan sonra hakim Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri kimi davam etdirəcəyəm. Əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan, regionun ən böyük təşkilatı olan hakim partiyada fəaliyyətə başlamaq sözsüz ki, mənim üçün böyük bir şərəfdir. Praqmatik Lider, qalib sərkərdə kimi dünyada böyük nüfuza malik olan Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə hazırda ölkənin alternativsiz təşkilatı olan bir siyasi partiyada çalışmaq, eyni zamanda, üzərimə böyük bir məsuliyyət qoyur. Bu məsuliyyəti dərk edərək əminliklə bildirirəm ki, çalışdığım bütün qurumlarda olduğu kimi, Yeni Azərbaycan Partiyasında da fəaliyyətimi var gücümlə davam etdirməyə və mənə göstərilən böyük etimadı doğrultmağa çalışacağam. Dəyərli həmkarlarımla qurulacaq yeni əməkdaşlıqdan fərəh hissi keçirirdiyimi bildirirəm".

Qeyd edək ki, Elməddin Məhəmməd oğlu Quliyev 1984-cü il oktyabrın 25-də Qubadlı rayonunda doğulub. Sumqayıt şəhər 16 saylı orta məktəbin məzunudur. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bakalavr, Naxçıvan Dövlət Universitetində "Mətbuat tarixi” istiqaməti üzrə magistr, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda "Tarixşunaslıq, mənbəşunaslıq və tarixi tədqiqat üsulları” ixtisası üzrə doktorantura təhsili alıb. 2003-2005-ci illərdə "Jurnalist” qəzetində müxbir işləyib. 2005-2006-cı illərdə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTAc) könüllü əməkdaşı kimi fəaliyyət göstərib. 2006-2007-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmət keçdikdən sonra Azərbaycan Televiziya və Radio Verlişləri QSC-nin (AzTV) İnformasiya Proqramları Baş Redaksiyasında müxbir vəzifəsində fəaliyyətə başlayıb. Rəsmi dövlət tədbirlərində, regional səfərlərdə, ölkəmizdə keçirilən bütün seçkilər və referendumda, yerli və beynəlxalq konfrans, forumlarda AZTV-ni təmsil edib (2008-2016). 2016-2021-ci illərdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri - mətbuat katibi vəzifəsində çalışıb. 3 may 2021-ci il tarixindən Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin olunub.

Qeyd edək ki, İctimaiyyətlə əlaqələr şöbəsi YAP-ın Mərkəzi Aparatında aparılan struktur dəyişiklikləri nəticəsində yeni yaradılıb.
Xatırladaq ki, Hüseyn Paşayev Mərkəzi Seçki Komissiyasının üzvü seçilməsi ilə əlaqədar YAP mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Azərbaycanda iki gündə 83 cinayət açılıb - DİN
Cəmiyyət 10:20
Azərbaycanda iki gündə 83 cinayət açılıb - DİN
Qadın sürücülərin sayı artır, kişilərin sayı azalır - statistika
Cəmiyyət 10:03
Qadın sürücülərin sayı artır, kişilərin sayı azalır - statistika
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:40
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol