• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə şəhid övladları üçün sosial layihə keçirib

Azercell 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə şəhid övladları üçün sosial layihə keçirib
01.06.2021 13:53
Azercell-in dəstəyilə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə "Kiçik Ürəklərdə Böyük Xatirələr” adlı sosial layihə çərçivəsində 300-dən çox şəhid övladının anası ilə birgə iştirakı ilə onlayn təlimlər keçirilib. 44 günlük Vətən müharibəsində torpaqların azadlığı uğrunda canından keçən cəsur hərbçilərin ailə üzvləri üçün art terapiya yolu ilə psixoloji təlimlər təşkil olunub. "Arzular ağacı” təlimləri mərhələsində uşaqlara və onların valideynlərinə psixoloji yardım göstərilib. Peşəkar psixoloqlar onlara emosinal problemlərinin öhdəsindən gəlməyə kömək ediblər. Azercell-in "GİD CSR Consulting” şirkəti ilə birgə əməkdaşlığı çərçivəsində baş tutan "Kiçik Ürəklərdə Böyük Xatirələr” layihəsinin növbəti mərhələsi kimi isə təlimlərdə qonaq qismində tanınmış şəxslərin iştirakı nəzərdə tutulub. Onlar öz uğur hekayələrini bölüşməklə, bu yolda üzləşdikləri çətinliklərin öhdəsindən necə gəldikləri barədə danışacaqlar.

Təlimlər zamanı böyük psixoloji stress keçirmiş uşaq və onların valideynlərinin emosional durumu üzə çıxarılıb, onların yaşadıqlarını sənət yolu ilə ifadə etməsinə imkan yaradılıb. Uşaqlar rəsm sənət növündən istifadə edərək hisslərini kağıza köçürüblər. Həm uşaqlar, həm də böyüklər üçün faydalı olan art terapiya uşaqların daxili dünyasını açmağa, həm də gizli bacarıqlarını üzə çıxarmağa yardımçı olub.  

"Kiçik Ürəklərdə Böyük Xatirələr” layihəsi çərçivəsində keçirilən görüşlər zamanı şəhid övladları qəhrəman ataları haqqında xatirələrini də səsləndiriblər. Layihənin yekunu olaraq tezliklə uşaqların qəhrəman ataları haqqında ən gözəl xatirələrindən ibarət kitab həm rəqəmsal, həm də çap formatda hazırlanıb nəşr ediləcək. Kitabın elektron versiyasını "Bookmate” mobil tətbiqindən də oxumaq mümkün olacaq.

Eyni zamanda, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə keçirilən tədbir çərçivəsində də Azercell şirkəti aprel döyüşləri şəhidlərinin və telekommunikasiya sahəsində çalışmış və II Qarabağ müharibəsində Vətən uğrunda həyatını qurban etmiş şəhidlərin övladlarını təbrik edib, hədiyyələr verib.








www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol