DİN-dən Bakıda kütləvi dava görüntüləri ilə bağlı - Açıqlama
![DİN-dən Bakıda kütləvi dava görüntüləri ilə bağlı - Açıqlama DİN-dən Bakıda kütləvi dava görüntüləri ilə bağlı - Açıqlama](https://anews.az/photo/850x500/2021-06/1623947640_screenshot_1.png)
Daxili İşlər Nazirliyi Bakının Yasamal rayonu ərazisində yerləşən "Etalon” yaşayış kompleksində kütləvi dava baş verməsi ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülərə münasibət bildirib.
DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Qafqazinfo”ya açıqlamasında bildirib ki, bununla əlaqədar Yasamal Rayon 29-cu Polis Şöbəsində araşdırma aparılıb:
Onu da qeyd edək ki, orada heç bir kütləvi davadan söhbət gedə bilməz. İki nəfər mübahisə edib, binada yaşayan bəzi qonşular isə onları sakitləşdirmək üçün aşağı düşüb.
Həyata keçirilən tədbirlərlə həmin şəxslərin hər ikisinin şəxsiyyəti dəqiqləşdirilib. Onlardan biri saxlanılaraq Polis Şöbəsinə gətirilib. Digər şəxsin saxlanılması üçün əməliyyat tədbirləri davam etdirilir, qısa zamanda həmin şəxsin saxlanılması da təmin ediləcək. Müvafiq araşdırmalar aparılır”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)