• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell-in rəqəmsal xidmətləri indi daha çox istifadəçinin rahatlığını təmin edir

Azercell-in rəqəmsal xidmətləri indi daha çox istifadəçinin rahatlığını təmin edir
05.08.2021 10:21
Ölkənin müştəri yönümlü lider şirkəti "Azercell Telekom” MMC rəqəmsal həllərdən istifadəni daha asan və rahat etmək məqsədilə "Kabinetim”, "ABB Mobile”, "Umico” platformaları üzərindən xidmətlərin çeşidini genişləndirir. 


İndi ABB Mobile tətbiqinə Azercell-in NNTV, Bookmate, BluTv, "IVI” rəqəmsal həlləriylə yanaşı SberZvuk xidmətinə abunəlik də əlavə olunub. SberZvuk-la milyonlarla istifadəçinin istənilən əhvala, şəraitə və məkana uyğun musiqini tapmaq, dünya hitlərindən tutmuş klassikaya qədər müxtəlif növ musiqini dinləmək mümkündür. 50 milyon mahnı, podkast, fərdi tövsiyə və musiqini özündə cəmləşdirən rəqəmsal məhsulun ağıllı alqoritmləri seçiminizi sizin üçün avtomatik olaraq fərdiləşdirir. 


Yayın əvvəlində SberZvuk xidmətinə Hi-Fi musiqisi üçün dəstəyin əlavə olunması nəticəsində indi milyonlarla mahnı istifadəçilər üçün itkisiz (lossless) - sıxlaşdırma və təhrif olmadan təqdim olunur. Bu yeniliklər əlavə ödəniş tələb etmədən standart abunə paketinə daxildir. Qeyd edək ki, Hi-Fi keyfiyyəti musiqini yaradıcıları tərəfindən ilk düşünüldüyü və yazıldığı şəkildə dinləməyə imkan verir. Bu funksiya iOS və Android əməliyyat sistemini dəstəkləyən bütün mobil cihazlarda istifadə oluna bilər. Bunun üçün SberZvuk tətbiqində Hi-Fi işarəsi olan istənilən kompozisiyanı seçmək, və ya  pleyerdə, istifadəçi profilində Hi-Fi keyfiyyətinə keçid  etmək kifayətdir. Eyni zamanda trekləri keyfiyyətini itirmədən onlayn şəkildə dinləmək və ya mobil cihazın yaddaşına yükləmək də mümkündür. 


Həmçinin, ABB Mobile-də təqdim olunan BluTV mobil kinoteatrına Discovery+ striminq xidməti əlavə edilib. Yeni proqram sayəsində bu kanalın sənədli və əyləncəli kitabxanasına üzv olmaq mümkündür. Bu paketdə Discovery Channel, TLC, Animal Planet, ID, Discovery Science, Food Network, Travel Channel, həmçinin Eurosport kimi populyar kanalların təqdim etdiyi ən məşhur şoular, seriallar, idmançılar haqqında proqramlar təqdim olunur. 
Xatırladaq ki, bu və digər Azercell rəqəmsal məhsulları artıq "Umico” platformasına da əlavə olunub və xidmətlərə qoşulma qaydası çox sadədir: "Umico” tətbiqini "App Store” və ya "Play Store”dan yüklədikdən sonra "Umico”da "Bonuslar” səhifəsinə keçid edib "Azercell - Keşbekli xidmətlər” bölümü seçilməlidir. 
Azercell-in rəqəmsal məhsullar portfeli ilə tanış olmaq üçün https://www.azercell.com/az/personal/digital-solutions.html səhifəsinə keçid etməyiniz xahiş olunur.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol