Bakıda sahibsiz tikilidə 2 kiloqram heroin tapıldı

Polis əməkdaşları külli miqdarda narkotik aşkarlayıb.
Anews.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Tovuz rayon sakini S.Məmmədov Yasamal rayonu ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 23 qram heroin aşkar edilib.
Davam etdirilən tədbirlərlə onun rayon ərazisində bir sahibsiz yarımtikilidə gizlətdiyi əlavə 1 kiloqram 980 qram heroin də götürülüb.
www.anews.az

Son xəbərlər 
Daha çox 