• $
  • €
  • ₽
  • ₺
  • £

“Hökumət adamlarına inanmamağı ancaq cahillik adlandırmaq olar”

“Hökumət adamlarına inanmamağı ancaq cahillik adlandırmaq olar”
24.08.2021 21:26
"İnsanlar dezinformasiya və şayiələrə daha çox inanır, nəinki dövlət adamlarına”.
 
Anews.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Məlahət İbrahimqızı "Toplum” TV-yə açıqlamasında deyib.

O bildirib ki, ictimai nəzarəti gücləndirmək lazımdır:

"Prezidentin köməkçisi danışır, Səhiyyə Nazirliyi və TƏBİB-in rəhbərliyi danışır, deputatlar danışır. İnsanlar bizə inanmır və bu da mənə elə gəlir ki, cahillikdən irəli gəlir. Rəsmi hökumət adamlarına inanmamağı ancaq XXI əsrin cahilliyi adlandırmaq olar”.  

Deputat onu da qeyd edib ki, hökumət qlobal səviyyədə nəzərdə tutulan bütün tədbirləri həyata keçirib:

"Əgər siz Amerikaya da baxsanız, bundan başqa metod olmadığını görəcəksiniz. Dünya ölkələri öz təcrübəsini bir-biri ilə bölüşür. İnsanların inanması üçün başqa bir yol yoxdur. Bu artıq insanların intellekti və şüurundan asılıdır. Bir də məsuliyyətindən”.  

Deputat M.İbrahimqızı daha sərt tədbirlərin tərəfdarıdır, saxta vaksin sənədi verənlərin hərəkətini isə cinayət kimi qəbul etməyin zəruri olduğunu vurğulayıb:

"Əgər bununla bağlı qanunvericilikdə boşluq varsa, bunu bir az da gücləndirmək lazımdır. Vaksin olunmaqdan birbaşa imtina edən şəxslər ev həbsində qalmalıdır və onları iş yerlərinə də buraxmaq olmaz. Dünyada, ölkəmizdə bu xəstəliyin kökü kəsilənə qədər vaksin olunmaq istəməyənlər ev dustaqlığından buraxılmamalıdır”.  
M.İbrahimqızı saxta COVID-19 pasportlarının satılmasında heç bir nəzarətsizlik və korrupsiya hallarının olmadığını deyib:

"Bu, cinayətdir. DİN, ASAN Xidmət, TƏBİB, prezidentin köməkçiləri - hamı səfərbər olunub. Sadəcə olaraq bu işi görən insanlar yaramazdırlar. Rüşvətlə bu işi törədənlər sağlamlığımıza, demoqrafiyamıza qarşı xəyənət edənlərdir”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bələdiyyə və özəl ehtiyaclar üçün torpağın alınması Konstitusiyada nəzərdə tutulmayıb - Əli Hüseynli
Cəmiyyət 12:31
Bələdiyyə və özəl ehtiyaclar üçün torpağın alınması Konstitusiyada nəzərdə tutulmayıb - Əli Hüseynli
Deputat təklif edir ki, Bakıətrafı qəsəbələrin baş planı olsun
Cəmiyyət 12:26
Deputat təklif edir ki, Bakıətrafı qəsəbələrin baş planı olsun
Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVASI
Cəmiyyət 12:21
Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVASI
Bakı-Tbilisi qatarında siqaret çəkən həbs olunub
Cəmiyyət 11:39
Bakı-Tbilisi qatarında siqaret çəkən həbs olunub
İnsanı kənddə saxlamaq üçün sadəcə çağırış etmək kifayət deyil - deputat
Cəmiyyət 11:37
İnsanı kənddə saxlamaq üçün sadəcə çağırış etmək kifayət deyil - deputat
Fazil Mustafa: Naxçıvana ayrılan dotasiyanın azaldılması doğru addım deyil
Cəmiyyət 11:30
Fazil Mustafa: Naxçıvana ayrılan dotasiyanın azaldılması doğru addım deyil
Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanılıb
Cəmiyyət 11:13
Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanılıb
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu xəstəlikdən vəfat edib
Cəmiyyət 10:53
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu xəstəlikdən vəfat edib
Məişət zorakılığı zəminində qəsdən adam öldürmə halları 26,2% artıb
Cəmiyyət 09:50
Məişət zorakılığı zəminində qəsdən adam öldürmə halları 26,2% artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol