• $
  • €
  • ₽
  • ₺
  • £

DİN-dən Aqil Babayevin ailəsinin iddialarına münasibət

DİN-dən Aqil Babayevin ailəsinin iddialarına münasibət
25.08.2021 15:24
ötən gün Daxili İşlər Nazirliyi özünü 12-ci İmam Mehdi kimi təqdim edib insanlara qarşı külli-miqdarda dələduzluq edən Babayev Aqil Zalış oğlunun həbs edilməsi ilə bağlı məlumat yayıb. Onun dini məclislər təşkil etdiyi, 20 ildən artıq dövr ərzində 50-yə yaxın vətəndaşı aldatdığı və pullarını mənimsədiyi bildirilir. 

A.Babayevin ailəsi isə səslənən ittihamlarla razılaşmır. Dünən Sərdar Babayev saytımıza açıqlamasında qardaşının özünün soyğunçuluğa məruz qaldığını, evindən 9 milyon manat pul və qızıl zinət əşyalarının götürüldüyünü bildirmişdi.

Ötən gün isə A. Babayevin bacısı Mətanət Babayeva Meydan TV-yə açıqlamasında qardaşının iyunun 7-də bir qrup şəxs tərəfindən girov götürüldüyünü və 9 milyon manatlıq soyğunçuluğun bu zaman baş verdiyini deyib. Onun sözlərinə görə, soyğunçuluq faktı üzrə 102 qaynar telefon xəttinə və yuxarı instansiyalara şikayət etsələr də, bu günədək nə hadisə yerindən əl izləri götürülüb, nə də hadisə şahidi olaraq həyat yoldaşı dindirilib. 

Şikayətlə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin inspektoru, polis mayoru Anar Qafarov "Qafqazinfo”ya bildirib ki, A. Babayev və yaxınlarının səsləndirdiyi fikirlər tam əsassızdır: "Bu fikirlər istintaqın gedişinə maneə və istintaq aparan əməkdaşlara təzyiq kimi qiymətləndirilir. A. Babayev konkret şəxslərə qarşı dələduzluq əməli etdiyinə görə polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə cinayət işi başlanıb, həbs qətimkan tədbiri seçilib. A. Babayev və yaxınlarının iddiaları araşdırılıb və heç biri öz təsdiqini tapmayıb. O, zərərçəkənlərə dələduzluq yolu ilə külli miqdarda ziyan vurub”.

Sərdar Babayev eyni zamanda qardaşı A.Babayevin "ŞaurmaN1” restoranlar şəbəkəsinin sahibi Natiq Sadıqovun şəriki olduğunu bildirmiş, oğurluq hadisəsini də məhz onun adı ilə bağlamışdı.

Ötən gün DİN Aqil Babayevin həbsi ilə bağlı rəsmi məlumat yayıb. Ona qarşı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində toplanmış ilkin materiallar əsasında Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bələdiyyə və özəl ehtiyaclar üçün torpağın alınması Konstitusiyada nəzərdə tutulmayıb - Əli Hüseynli
Cəmiyyət 12:31
Bələdiyyə və özəl ehtiyaclar üçün torpağın alınması Konstitusiyada nəzərdə tutulmayıb - Əli Hüseynli
Deputat təklif edir ki, Bakıətrafı qəsəbələrin baş planı olsun
Cəmiyyət 12:26
Deputat təklif edir ki, Bakıətrafı qəsəbələrin baş planı olsun
Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVASI
Cəmiyyət 12:21
Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVASI
Bakı-Tbilisi qatarında siqaret çəkən həbs olunub
Cəmiyyət 11:39
Bakı-Tbilisi qatarında siqaret çəkən həbs olunub
İnsanı kənddə saxlamaq üçün sadəcə çağırış etmək kifayət deyil - deputat
Cəmiyyət 11:37
İnsanı kənddə saxlamaq üçün sadəcə çağırış etmək kifayət deyil - deputat
Fazil Mustafa: Naxçıvana ayrılan dotasiyanın azaldılması doğru addım deyil
Cəmiyyət 11:30
Fazil Mustafa: Naxçıvana ayrılan dotasiyanın azaldılması doğru addım deyil
Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanılıb
Cəmiyyət 11:13
Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanılıb
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu xəstəlikdən vəfat edib
Cəmiyyət 10:53
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu xəstəlikdən vəfat edib
Məişət zorakılığı zəminində qəsdən adam öldürmə halları 26,2% artıb
Cəmiyyət 09:50
Məişət zorakılığı zəminində qəsdən adam öldürmə halları 26,2% artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol