• $
  • €
  • ₽
  • ₺
  • £

Pfizer/BioNTech vaksinlərini vuran məntəqələrin sayı artırılacaq - RƏSMİ

Pfizer/BioNTech vaksinlərini vuran məntəqələrin sayı artırılacaq - RƏSMİ
25.08.2021 16:10
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Pfizer/BioNTech vaksinlərinə olan tələbatın artmasını  nəzərə alaraq, bu peyvəndi vuran məntəqələrin sayını artırmaq niyyətindədir, bunu  anews.az-a Səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib.  

" Pfizer vaksinlərinə olan tələbatı nəzərə alaraq, məntəqələrin sayı daim artırılır. Biz prosesə baxırıq, müraciət artdıqca peyvənd məntəqələrinin də sayı artırılır", - deyə Viktor Qasımov söyləyib. 
 
Onun sözlərinə görə, Azərbaycana Pfizer/BioNtech vaksinləri  Azərbaycana COVAX xətti ilə gətirilir . Bu günə qədər ölkəyə 200 mindən çox Pfizer/BioNtech vaksini daxil olub və  ilin sonuna qədər əlavə vaksinlərin gətirilməsinin nəzərdə tutulduğunu bildirib. 
 
Ümumilikdə ölkə ərazisində 13 məntəqədə Pfizer/BioNtech vaksinlərinin vurulması həyata keçirilir.  Onlardan 9-u Bakıda, 4-ü isə bölgələrdə yerləşir.
 
Azərbaycandakı 24 avqust 2021-ci il tarixə ümumilikdə 6,170.724 nəfər vaksin olunub. Onlardan 3,713.422 nəfər bir doza, 2,457.302 nəfər isə iki doza vaksin vurub.

Həmin tarixə COVID-19-a yoluxanların sayı 398.034 nəfər,  sağalananların sayı isə 348.454 nəfər təşkil edib. 5370 nəfər isə ölüb. 
 
Rafiq Şahbazov

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol