• $
  • €
  • ₽
  • ₺
  • £

Səhiyyə Nazirliyinin əməkdaşı "polis" çıxdı - İDDİA - RƏSMİ AÇIQLAMA - SƏS YAZISI

Səhiyyə Nazirliyinin əməkdaşı "polis" çıxdı - İDDİA - RƏSMİ AÇIQLAMA - SƏS YAZISI
25.08.2021 17:36
COVİD-19 xəstəsi olan Vətən Müharibəsi qazisi Gündüz Şükürlü polis tərəfindən aldadılaraq çölə çıxarıldığını və yaxalandığını deyir. Bu barədə Anews.az-a müraciət edən Qarabağ qazisi bildirib ki, onu haqsız yerə günahlandırıb foto və videosunu çəkiblər.
 
"5-6 gündür evdə COVİD-19 xəstəliyindən müalicə alıram. Telefonuma zəng gəldi. Zəng edən şəxs özünü Səhiyyə Nazirliyinin nümayəndəsi kimi təqdim edərək bildirdi ki, mənə dərman paketi göndərilib və mən onu almaq üçün çölə çıxmalıyam. Evdə tək olduğumdan çölə çıxmağa məcbur oldum. Deyilən yerə çatanda məni iki mülki geyimdə olan şəxs qarşıladı. Daha sonra 2 polis əməkdaşı yaxınlaşdı. Mən durumu izah etdim,mənə gələn zəngi geri yığsam da telefonu açmadılar. Sonra onlar məni evə gətirdilər. Hərbçi və Müharibə iştirakçısı olduğumu nəzərə alıb mənə cərimə yazmadılar. Lakin  yaşadığım evin qarşısında polis mayoru ilə  foto və videomu çəkdilər", - deyə şikayətçi bildirib.
 
Daha sonra Gündüz Şükürlünün qardaşı  Səhiyyə Nazirliyinin nümayəndəsi adı ilə ona zəng vurmuş şəxslə telefon əlaqəsi qurub. "Qardaşımla danışan şəxs özünü təqdim etmədən birbaşa ərazini tərk etdiyimə görə, belə etdiklərini bildirib. Əgər doğurdanda bu Səhiyyə nazirliyinin əməkdaşıdırsa niyə polis əməkdaşına aid tələblər qoyur? 
Qardaşım həmin nömrəni axtarışa vuranda həmin nömrənin polis əməkdaşının adına olduğu bəlli oldu", -deyə şikayətçi sözünə davam etdi. 



Gündüz Şükürlünün qardaşı ilə özünü Səhiyyə Nazirliyi əməkdaşı kimi təqdim edən şəxsin səs yazısını diqqətinizə təqdim edirik:


 
 
Səsdən başa düşülür ki, danışan şəxs  polisin apardığı əməliyyatdan xəbərdardır və  COVİD-19 xəstəsinin qaydanı pozduğunu israrla bildirir, ona bu barədə hər hansı məlumatın daxil olduğunu deyir.  Halbuki Qarabağ qazisi ilə polis əməkdaşı kimi davranan şəxs daha öncə Səhiyyə Nazirliyinin nümayəndəsi kimi vətəndaşa zəng edib.
 
Amma bizimlə söhbətdə həmin şəxs adi vətəndaş olduğunu söylədi və bizə DİN-ə müraciət etməyi tövsüyyə etdi. 


Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat katibi  Elşad Hacıyev bildirdi ki, qəti olaraq həmin şəxsin polis olması iddialarını təkzib edir. "Əsassızdır. Çünki indiki infeksiya şəraitində aktiv koronavirus xəstələrinin ictimai yerlərdə sərbəst hərəkəti müşahidə olunur. Onlar ev şəraitində qalıb müalicə almalı olduğu halda ünvanı tərk edərək icitimai yerlərə çıxırlar. Heç bir halda polisin hansısa bir koronavirus xəstəsini evdən çıxararaq ictimai yerə dəvət edib onu məsuliyyətə cəlb etmək kimi  öhdəliyi yoxdur", -  deyə Elşad Hacıyev vurğuladı. 

Bəs bu məsələni araşdırmadan onun polis olmadığını necə müəyyən edə bildiz? sualımıza cavabında isə Elşad Hacıyev dedi ki, belə hallar çox olur, koronavirus xəstəsi  küçəyə çıxır və sonra  deyir məni polis çıxartdı. "Nə siz nə mən orda olmamışıq. Bütün hallarda vətəndaş polisin orda olmasını iddia edirsə rəsmi qaydada Daxili İşlər Nazirliyinə müraciət edə bilər".  

Gündüz Şükürlü isə deyir ki, o, Vətən Müharibəsi qazisidir,Füzuli, Hadrut və Zəngilan istiqamətində gedən döyüşlərdə iştirak edib, qaydaları yaxşı bilir və Vətənini sevən hərbiçi kimi yalan danışmağı özünə sığışdırmaz.  
 
Hələlik isə Qarabağ qazisi 102  xidmətinə şikayət edib və başına gələnlərin obyektiv araşdırılacağına və günahkarların cəzalanacağına ümid etdiyini deyir. 

Gülnar Nazimqızı

www.anews.az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol