• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda yaradılacaq vaksinlə bağlı AÇIQLAMA

Azərbaycanda yaradılacaq vaksinlə bağlı AÇIQLAMA
25.08.2021 17:09
Ötən həftə TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı Azərbaycanda ilk dəfə vaksin yaradılmasına başlanıldığını açıqlayıb. O qeyd edib ki, uzun illərdən sonra ilk dəfə ölkəmizdə COVID-19 daxil olmaqla, infeksion xəstəliklərə qarşı yeni mübarizə tədbirlərinin işlənib hazırlanması, diaqnostikası, kimyaterapiyası üçün hüceyrə kulturası tədqiqatlarına start verilib.

Bundan sonra sosial şəbəkələrdə vaksinin nə vaxt hazır olacağı, tərkibi, bu işə hansı mütəxxəssislərin cəlb olunacağı, hətta vaksinin adının nə olacağı haqda informasiya maraq doğurub. "Qafqazinfo” bütün bu suallarla bağlı TƏBİB-ə sorğu ünvanlayıb. Sorğunu Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev cavablayıb.

Direktorun yaradılacaq vaksinlə bağlı açıqlamasını olduğu kimi təqdim edirik:

"Verilmiş informasiyada uzun illərdən sonra ölkəmizdə vaksin yaradılması, COVID-19 daxil olmaqla infeksion xəstəliklərə qarşı yeni mübarizə tədbirlərinin işlənib hazırlanması, diaqnostikası, kimyaterapiyası üçün hüceyrə kulturasının tədqiqatlarına start verildiyi qeyd olunub. İnformasiyadan göründüyü kimi, Azərbaycanda bu istiqamətdə yuxarıda adları çəkilən tədqiqatlara başlanılması üçün insan vücudundan kənarda COVİD-19 viruslarının çoxalmasını təmin edən hüceyrələr daxil olmaqla, müxtəlif hüceyrə xətlərinin insan vücudundan kənarda çoxlmasına imkan saxlayan incə hüceyrə kulturası texnologiyası təşkil edir.

İşin bu başlanğıc mərhələsi olmadan tibbi biotexnologiyanın bu sahəsində heç bir tədqiqatın aparılması mümkün deyildir. Uzun illərdən sonra ölkəmizdə bu sahədə tədqiqatlara  start verilməsi ölkəmizdə tibbi biotexnologiya sahəsində tədqiqatlara başlanmasına və strateji baxımdan bu istiqamətdə aparılacaq çalışmalara gələcəyə dair böyük ümidlər verir. Azərbaycanda bu sahəyə start verilməsi tibbi biotexnologiya sahəsində mövcud olan boşluğun ortadan qaldırılmasına və səhiyyə sahəsində ölkəmizin milli təhlükəsizliyinin təmin edilməsinə imkanlar yaradacaq”. 

Adil Allahverdiyev əlavə edib ki, qeyd olunan informasiya hazırda peyvəndlərin yaranması üçün ilkin fəaliyyətə başlanıldığı və peyvənd yaradılmasının gələcəkdə həyata keçiləcək layihə olacağını özündə ehtiva edir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol