• $
  • €
  • ₽
  • ₺
  • £

Şəkli yayılan kimsəsiz kişi ilə bağlı - Rəsmi açıqlama

Şəkli yayılan kimsəsiz kişi ilə bağlı - Rəsmi açıqlama
25.08.2021 18:31
Sosial şəbəkələrdə Bakının Nəsimi rayonunda iri ticarət mərkəzlərindən birinin yaxınlığında, küçədə çətin şəraitdə yaşayan kişinin görüntüləri yayılıb.

Anews.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi məsələ ilə bağlı açıqlama yayıb.

Bildirilib ki, qurumun müvafiq filialının əməkdaşları sözügedən ünvana gediblər:

"Məlum olub ki, həmin şəxs 1965-ci il təvəllüdlü Kamal Ələkbər oğlu Süleymanovdur. Onun sosial vəziyyətinin qiymətləndirilməsi aparılıb. İlkin söhbət zamanı hazırda ailəsi ilə əlaqəsi olmadığını, kimsəsiz vəziyyətdə olduğunu bildirib.
Müəyyən edilib ki, vətəndaşın sağlamlığı ilə bağlı ciddi problemlər var. Aidiyyəti qurumların əməkdaşlarının da iştirakı ilə Kamal Süleymanov 26 saylı Şəhər poliklinikasına yerləşdirilib.

Səhhəti imkan verərsə və özünün də razılığı olarsa, vətəndaşımız Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsinə yerləşdiriləcək”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol