• $
  • €
  • ₽
  • ₺
  • £

“11 yaşlı qızın hamilə qalmasında ən böyük cinayətkar ailədir”

“11 yaşlı qızın hamilə qalmasında ən böyük cinayətkar ailədir”
29.10.2021 19:07
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə 11 yaşlı uşağın hamilə qalması ilə bağlı məsələyə münasibət bildirib.
"Qafqazinfo” xəbər verir ki, o, bu məsələdə ailəni günahlandırıb.

"Cəmi 11 yaşı var onun. Bir az öncə 11 yaşlı uşağın bir qız uşağı oldu. Əlbəttə, cinayət işi də açılacaq, cinayətkar da tutulacaq. Amma ən böyük cinayətkar ailədir.

O ailə nə vəziyyətdə olmalıdır ki, uşağının 31 həftəlik hamiləliyini, burnuna dəyən qarnını görməsin! Ən böyük cəza ailənindir. Ən böyük cəza valideynindir! Hazırda cəza çəkən uşaqdır. Cəzası iztirablardır, zorlanmasıdır, hamiləliyidir, reanimasiyada can çəkişidir.

O kiçik canında daşıdığı günahsızlığın cəzasıdır cəzası. Cinayətkarı isə küncdə-bucaqda axtarmayın. Nərminin ruhuna heç olmasa, bu dəfə hörmət edin. Valideyn üçün isə allahdan nə böyük cəza varsa, onu diləyirəm”, - birlik sədri qeyd edib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol