• $
  • €
  • ₽
  • ₺
  • £

Banqladeşdə 20 nəfər edam cəzası aldı

Banqladeşdə 20 nəfər edam cəzası aldı
08.12.2021 13:28
Banqladeşdə bir tələbəni işgəncə ilə öldürməkdə təqsirləndirilən 20 nəfər edam ediləcək.
 
 "The Bangladesh Observer” xəbər verir ki, bu barədə ölkə məhkəməsi qərar çıxarıb.

Tələbənin qətli ilə bağlı keçirilən prosesdə 25 təqsirləndirilən şəxsdən 22-si iştirak edib. Onlardan 20 nəfəri ölüm cəzasına məhkum edilib. Beş nəfərə isə ömürlük həbs cəzası verilib, lakin onlardan üçü məhkəmədən yayınıb.
2019-cu ilin oktyabrında Banqladeş universitetində oxuyan 21 yaşlı Abrar Fahadın meyiti tapılıb. O, feysbukda hakimiyyəti tənqid edən paylaşımlara görə işgəncələrə məruz qalıb, sonra isə döyülərək öldürülüb. Tələbə şəhərciyində baş verən qətl hadisəsindən sonra bütün ölkədə gəncin ölümündə günahkar olanların tapılıb cəzalandırılması tələbi ilə etiraz aksiyaları keçirilib. Bundan əvvəl Banqladeş KİV amansız cinayətdə ittiham olunanların hamısının ölkədə fəaliyyət göstərən ekstremist təşkilatlardan birinə aid olduqları barədə məlumat yayıb. (report)

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol