• $
  • €
  • ₽
  • ₺
  • £

“Bizim Sufre” məhsulları yeni görkəmdə evlərinizin qonağıdır

“Bizim Sufre” məhsulları yeni görkəmdə evlərinizin qonağıdır
11.12.2021 11:47
Daim yüksək keyfiyyətli məhsulları və yenilikləri ilə gündəmə gələn "Bizim Sufre” markası daha bir yeniliyə imza atıb. Belə ki, "Bizim Sufre” markası müasir bazarın tələblərinə uyğun və daha cəlbedici görüntü yaratmaq məqsədilə məhsullarını istehlakçılara yeni görkəmdə təqdim edib. Budəfəki dəyişikliklər məhsulların dadında deyil, qablaşdırılmasında, yəni zahiri görünüşündə əks olunub.

Həmçinin layihə çərçivəsində "Bizim Sufre” dəyişdi, Sən də dəyiş! Və bizimlə birgə dəyişimi kəşf et!” şüarları ilə maraqlı konseptə malik xüsusi videoçarx da təqdim olunub. Videoçarxda əsas mesaj insanları stereotipləri qıraraq, ənənəvi dadları bir kənara qoyub fərqli ləzzətlər dadmağa çağırmaqdır. Sözügedən reklam çarxında yarpaq dolmasını sarımsaqlı sousla deyil, acılı nar sousu ilə yemək kimi təəccübləndirici, amma maraqlı təkliflər yer alıb. Layihənin əsas məqsədi insanları "olmaz!” deyə beyinlərə həkk olunan  və şablonlaşdırılmış qəliblərdən çıxarmaq, onları daha cəsarətli olmağa səsləmək və istədiyi hər bir şeyi ən azı sınamağa cəhd etməyə həvəsləndirməkdir. 

Layihəyə diqqəti artırmaq məqsədilə, sosial mediada #mendeyishdim, #sendedeyish, #deyishimikeshfet, #bizimsufredeyishdi həştəqləri ilə maraqlı "challenge” də keçiriləcək. Brendin hədəfi çağırışa təkcə istehlakçıları deyil, aktiv sosial media istifadəçilərini, bloggerləri, məşhurları və s. də layihəyə cəlb etməkdir. 
"Bizim Sufre”nin yeni qablaşdırmada olan məhsulunun tanınmış qida mütəxəssisləri  tərəfindən analiz edilməsi də gözləniləndir. Ümumi konseptə və markanın rənglərinə uyğun olaraq hazırlanmış dekorlar da mağaza vitrinlərinin qarşısında və ya özəl olaraq məhsul üçün ayrılmış xüsusi bir guşədə yerləşdiriləcək. Bununla da layihə 360 dərəcəlik platformalarda yer almağı hədəfləyir.

Qeyd edək ki, uzun illərdir süfrələrin bəzəyi olan "Bizim Sufre” brendi 2009-cü ildə yaradılıb. İllərdir ki, məhsulları əl dəymədən, tam avtomatlaşdırılmış şərtlərdə istehsal edilən "Bizim Sufre”nin fabriki məhsul istehsal edilməsi üçün lazım olan bütün beynəlxalq standartlara cavab verir və müxtəlif beynəlxalq sertifikatlara sahibdir.

Fabrikə xidmət göstərən laboratoriya Almaniyanın DAKKS Beynəlxalq Akkreditasiya Təşkilatından akkreditə olunmuşdur və ISO 17025:2005 Laboratoriya Akkreditasiya Yetərlilik Sertifikatına malikdir. Brend 2014-cü ildə Türkiyədə keçirilən beynəlxalq "Ambalaj Ay Yıldızları 2014” dizayn müsabiqəsində mükafat qazanaraq,  Azərbaycan məhsulunun beynəlxalq arenada rəqabət gücünü nümayiş etdirmişdi. Həmçinin 2021-ci ildə Ölkədə keçirilmiş "Brand Award” müsabiqəsində iştirak etmiş və top15 Markalar sırasında qalib olaraq yer almışdır.
 
 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol