• $
  • €
  • ₽
  • ₺
  • £

Oğlunun elçiliyindən gələn kişi özünü güllələdi: Astaradakı intiharın TƏFƏRRÜATI

Oğlunun elçiliyindən gələn kişi özünü güllələdi: Astaradakı intiharın TƏFƏRRÜATI
13.12.2021 15:35
Dekabrın 10-da Astara rayonunda 1969-cu il təvəllüdlü İlham Teymurovun özünü güllələyərək intihar etməsi hadisəsinin detalları üzə çıxıb.


5 övladı olan İ.Teymurov hadisədən bir gün əvvəl ailə üzvləri ilə birlikdə oğlunun istədiyi qızın evinə elçiliyə gedib. Elçilik məclisində qarşı tərəf qızı İ.Teymurovun oğluna verməyə razı olub və "həri” baş tutub.


Bundan sonra İ.Teymurovun Rusiyada yaşayan yaxın qohumu ona zəng edərək onun oğlunun həmin qızla evlənməsinə qarşı olduğunu, bu izdivaca imkan verməyəcəyini, əgər onlar evlənərsə, İ.Teymurovla qohumluqdan imtina edəcəyini bildirib.


İ.Teymurov isə oğluna həyətdəki sitrus meyvələrini satmasını və toya hazırlaşmağa başlamasını deyib. Lakin həmin qohum təkidlə onlardan həmin qızı evə gəlin gətirməməyi tələb edib, əks halda onlardan üz döndərəcəyini deyib.


Bundan sonra İ.Teymurov tüfəngini götürərək kəndin yaxınlığındakı meşəyə gedib. Orada qardaşı oğlu ilə rastlaşdığından o, meşədə intihar etmək niyyətini həyata keçirə bilməyib.


Daha sonra yaşadığı evə gələn 52 yaşlı kişi evin zirzəmisinə girərək tüfəngi çənə nahiyəsinə dirəyib və atəş açıb. O, aldığı xəsarətlərdən yerindəcə ölüb.Faktla bağlı araşdırmalar aparılır./publika.az/

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol