Azərbaycanda pensiyaların məbləği artırıldı - RƏSMİ
Prezident İlham Əliyev "Əmək pensiyaları haqqında” Qanununda dəyişiklik edilməsi barədə Qanun imzalayıb, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Dəyişiklik ilə əmək pensiyasının minimum məbləği 2022-ci ilin yanvarın 1-dən 20 faiz artırılaraq 240 manata çatdırılır.
Bu qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.
www.anews.az